Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
Gəncliyə Yardım Fondunun konfrans salonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 03 oktyabr 2009-cu il tarixdə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Uşaq və yeniyetmələr arasında birinci Azərbaycan Çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirmişdir.
Zona mərhələsinin əsas məqsədi uşaq və yeniyetmələrin intellektual səviyyəsinin, zehni inkişafının təmin edilməsi, intellektual oyunların uşaq və yeniyetmələr arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilində yeni üsulların təbliğ edilməsindən ibarətdir.
28.09.2009-cu il tarixində Gəncliyə Yardım Fondunun konfrans salonunda “Ehtiyyatda və İstefada olan Zabitlər” ictimai birliyininin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə “Vətənpərvərliyin və dövlətçiliyin təbliği: reallıqlar və perspektivlər” mövzusunda “DƏYİRMİ MASA” təşkil edilmişdir. Dəyirmi masada bir sıra hökumət və qeyri hökumət təşkilatlarının sədirləri və nümayəndələri iştirak etmişdir.
Hər il olduğu kimi bu il də Gəncliyə Yardım Fondu mübarək Ramazan ayında müxtəlif yerlərdə iftar süfrələrini təşkil etmişdir. Belə iftar süfrələrinin biri də 18.09.2009 tarixində Gəncliyə Yardım Fondu və “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi ilə 9 saylı Cəzaçəkmə Müəssisəsində keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini İntiqam Əliyev, 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Ədliyyə mayoru Nəcməli Qasımov, Gəncliyə Yardım Fondunun və Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin əməkdaşları iştirak etmişdir.
Bu gün ölkənin bütün orta məktəblərində “İlk zəng” çalınıb. Bu əlamətdar gün respublikamızın bütün bölgələrində böyük sevinclə qarşılanır.
Bilik günü və Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli “2009-cu ilin Uşaq ili elan edilməsi haqqında” sərəncamının icrası və sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılması münasibəti ilə Gəncliyə Yardım Fondu və İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin nümayəndələri Ağdam rayonu 149 saylı köçkün orta məktəbini ziyarət ediblər. Məktəbin kollektivi və qonaqlar yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq şagirdlərlə görüş keçirdilər.
Bilidiyimiz kimi Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də Oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir. Məhz elə bu fəzilətli əməlin savabına nail olmaq və cəmiyyətin aztəminatlı təbəqəsinə müəyyən mənada dəstək vermək məqsədi ilə qurulduğu gündən bəri Gəncliyə Yardım Fondu Ramazan aylarında iftar süfrələri təşkil etmiş və bunu artıq ənənə halına gətirmişdir.