Gəncliyə Yardım Fondu

DİL SEÇİMİ

Azərbaycan dili     İngilis dili

UNUTMA!!!

Unutma

Yardım et!

Bir tələbə də sən oxut

Bir ərzaq paketi də sən ver

HESAB NÖMRƏLƏRİMİZ

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
| TarixTarix: 10 İyun 2010 |
Bakıda “Yunis Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçirildi           Tarix boyu yaşadığı həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi naliyyətləri və yetişdirdiyi dahi şəxsləri ilə öyünən türk dünyasının tanınmış simalarından bəziləri də Yunus Əmrə və Məhəmməd Füzulidir. Bu gün Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda Atatürk Mərkəzi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) birlikdə hazırladıqları layihə üzrə “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi” adlı beynəlxalq simpozium keçirilmişdir.
| TarixTarix: 3 İyun 2010 |
Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi”adlı beynəlxalq simpozium keçiriləcək           Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi”adlı beynəlxalq simpozium keçiriləcək. Tarix boyu yaşadığı həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi naliyyətləri və yetişdirdiyi dahi şəxsləri ilə öyünən türk dünyasının tanınmış simalarından bəziləri də Yunus Əmrə və Məhəmməd Füzulidir. Bu gün Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda Atatürk Mərkəzi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) birlikdə hazırladıqları layihə üzrə 10 iyun 2010-cu il saat 10-da Avropa Otelinin Bakı Balroom zalında “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi” adlı beynəlxalq simpozium keçiriləcək...
| TarixTarix: 26 May 2010 |
"28 MAY - RESPUBLİKA GÜNÜ" MÜNASİBƏTİ İLƏ BİLİK OLİMPİADASI KEÇİRİLDİ           Bu gün (25 may 2010-cu il) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu ilə birgə "28 may - Respublika Günü" münasibəti ilə Gəncliyə Yardım Fondunun konfrans zalında Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında bilik olimpiadası keçirilmişdir.
           Tədbir Azərbaycan Dövlət Himni canlı oxunduqdan sonra başladı.
           Tədbirin açılışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev çıxış edərək oyunun mahiyyəti haqqında ətraflı danışdılar və iştirakçılara uğurlar arzuladılar...
| TarixTarix: 24 May 2010 |
ADAM-ın nümayəndələri GYF-ni ziyarət etdilər           20-21 may 2010-cu il tarixləri arasında Ankara Düşüncə və Araşdırma Mərkəzinin (ADAM) Azərbaycan Universitetində “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda beynəlxalq konfransda iştirak edən nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət etdilər. Türkiyənin Başkənd, Çankaya, Osmanqazi, Yüzüncüyıl, Süleyman Dəmirel universitetlərindən olan alim və mütəxəssislər Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə görüşüb.
| TarixTarix: 15 May 2010 |
MƏKTƏBLİLƏR ARASINDA BİLİK MÜSABİQƏSİ           15.05.2010-cu il tarixində Gəncliyə Yardım Fondunun konfrans salonunda Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Bizim Nəsil Gənclərin Regional İnkişaf Asossiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibəti ilə Məktəblilər arasında bilik müsabiqəsi təşkil edilmişdir...