Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim və Fondun vitse-prezidenti cənab Salman Əliyev "Azərbaycan İncəsənəti təsviri-sənət, dekorativ tətbiqi-sənət, memarlıq" uşaqlar üçün ensiklopedik məlumat kitabı, I cild kitabının İncəsənət Muzeyində təşkil edilmiş təqdimat mərasimində iştirak etdilər.

07 may 2010-cu il tarixdə Gəncliyə Yardım Fondunun konfrans zalında Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda sənədli videofilmlər müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi...
3-cü yerin video fraqmentinə ətfarlıdan baxa bilərsiniz
Gəncliyə Yardım Fondunun konfrans salonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 05 may 2010-cu il tarixdə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Uşaq və yeniyetmələr arasında birinci Azərbaycan Çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirmişdir.
Zona mərhələsinin əsas məqsədi uşaq və yeniyetmələrin intellektual səviyyəsinin, zehni inkişafının təmin edilməsi, intellektual oyunların uşaq və yeniyetmələr arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilində yeni üsulların təbliğ edilməsindən ibarətdir.
27.04.2010-cu il tarixində Gəncliyə Yardım Fondunun konfrans salonunda "İRFAN" jurnalının təşkilatçılığı ilə azərbaycanlı oxuçular tərəfindən əsərləri sevilərək oxunan möhtərəm Osman Nuri Topbaşın “Haqq Dostlarının Peyğəmbər Sevgisi” adlı konfransı və “Haqq Dostlarının Örnək Əxlaqından” adlı kitabının təqdimat mərasimi keçirildi
16.04.2010-cu il tarixdə Gəncliyə Yardım Fondunun nümayəndələri Azərbaycan Respublikası Vətəndaş Hüquqlarını Müdafiə Fondu DİRÇƏLİŞ Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru cənab İslam Baxşəliyevin Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecimə ünvanladığı 24.09.2009-cu il tarixli ərizəsini əsas alaraq Qusar şəhəri Murtuzayev küçəsi ev 247 ünvanında yaşayan Əhmədova Valentina İvanovanın evində olmuş və onun ehtiyac duyduğu əlil arabasını ona təqdim etmişdirlər.