Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
08.04.2010-cu il tarixində Bakıda Ağdaban faciəsinin 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Gəncliyə Yardım Fondunda təşkil olunan mərasimdə erməni silahlı qüvvələrinin 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə Kəlbəcər rayonun Ağdaban kəndində törətdikləri vəhşiliklərdən bəhs edilib.
Tədbirdə Kəlbəcərdən olan ziyalılar, keçmiş döyüşçülər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədqiqatçı-jurnalist Məhəmməd Nərimanoğlu Ağdaban faciəsini Azərbaycanın Xocalıdan sonra ən dəhşətli, ən müdhiş ağrılarından biri kimi dəyərləndirib...
31 Mart 2010-cu il tarixdə Bakı Slavyan Universitetinin Akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə 31 Mart Soyqırımında şəhid olan həmvətənlərimizi yad etmə mərasimində Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak etdi. Tədbiri çıxış sözü ilə açıq elan edən Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla torpaqlarımızın Azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi rəhmətlə yad etdi və hər zaman tariximizi bizim yaddaşımızda təzələyən belə tədbirləri yüksək qiymətləndirdi.
Artıq 4 ildir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə hər il martın 31-i internet aksiyalar təşkil edilir. Analoji aksiya bu gün də keçirilib. Aksiyada Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak ediblər. Bu gün təşkil olunan aksiyada Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev də iştirak edib....
Rəşid Behbudov adına Dövlət Dram Teatrında Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı Gəncliyə Yardım Fondunun, Azərbaycanda Atatürk Mərkəzinin, Gənclər Təşkilatları Milli Şurasının, TUSİAB cəmiyyətinin və s. təşkilatların dəstəyi ilə Çanaqqala zəfərinin 95 illiyinə həsr edilmiş Azərbaycan və Türkiyə Şəhidlərini Anma programı həyata keçirilmişdir....
Hər zaman Azərbaycan gəncliyinin intellektual inkişafına dəstək olan Gəncliyə Yardım Fondu və onun rəhbərliyi xalqımızın ən sevimli bayramlarından bir olan Novruz bayramında da onları yaddan çıxartmadı. Fondun konfrans salonunda fərqli universitetlərin 100-dən çox tələbəsi üçün bayram süfrəsi açıldı. Bayram şənliyində açılış sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim öz çıxışında bütün Azərbaycan xalqını bu gözəl bayram münasibəti ilə təbrik etdi və bu günü tələbələrlə keçirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi....