Gəncliyə Yardım Fondu

DİL SEÇİMİ

Azərbaycan dili     İngilis dili

UNUTMA!!!

Unutma

Yardım et!

Bir tələbə də sən oxut

Bir ərzaq paketi də sən ver

HESAB NÖMRƏLƏRİMİZ

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
| TarixTarix: 15 Mart 2010 |
NOVRUZ BAYRAMINIZ MÜBARƏK
Bütün Azərbaycan xalqını Novruz Bayramı münasıbati ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizə xeyirli uzun ömür, can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırq!
Ümid edirik ki, Novruz Bayramının bərəkəti xalqımıza və dövlətimizə uğur gətirəcək, xalqımızın cöhrəsindən sevinc təbəssümü heç vaxt əksik olmayacaq.
Bayramınız mübarək!

Dərin Hörmət və Ehtiramla
Gəncliyə Yardım Fondunun Kollektivi
| TarixTarix: 13 Mart 2010 |
DİL KURSLARIMIZ TƏLƏBƏLƏRİ SEVİNDİRDİ           Bu gün Gəncliyə Yardım Fondunun konfrans salonunda Gəncliyə Yardım Fondu ilə Gənc Mühasiblər Birliyinin birgə təşkil etdiyi “Beynəlxalq mühasibatlıq” kursu ilə GYF nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis, rus və ərəb dili kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir. Mərasimdə Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim, Gənc Mühasiblər Birliyinin sədri xanım Solmaz Əliyeva və başqa natiqlər çıxış edərərk kursları müvəffəqiyyətlə bitirmiş tələbələri təbrik etdilər və gələcək həyatlarında müvəffəqiyyətlər arzuladılar.....
| TarixTarix: 6 Mart 2010 |
GƏNCLİYƏ YARDIM FONDUNUN PREZİDENTİ CƏNAB AHMET TECİM İŞGÜZAR SƏFƏRDƏN DÖNDÜ!           İKT-GF Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində cənab Ahmet Tecim tərəfindən Anadolu Türkcəsində nəşrə hazırlanan “Qarabağ Suallar və Faktlar” kitabının TBMM Mustafa Necati Mədəniyyət Evində təqdimat mərasimi keçirildi.
           Mərasimdə çıxış edən TBMM sədri Mehmet Ali Şahin, öz çıxışına Xocalıdakı hadisələrin baş verdiyi 26 Fevral 1992-ci il tarixinin bir qətliamın tarixi olduğuna diqqəti çəkərək, ''Bu gün 'Bu qətliamı unutmadıq. Bu qətliamı vicdanı olan insanların gündəmində canlı tutmaq istəyirik' diyən bir fəaliyyətin içərisindəyik. Mən də bu fəaliyyətə dəstək vermək üçün sizin aranızdayam'' dedi....
| TarixTarix: 6 Mart 2010 |
7-ci əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi oldu          Bu gün Gəncliyə Yardım Fondunun “Azərbaycanlı və Türkiyəli xanımların birgə əməyinin bəhrəsi olan ənənəvi 7-ci əl işləri Xeyriyyə Sərgisi” nin açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının və Türkiyə Cumhuriyyətinin dövlət himnləri səsləndikdən sonra, açılış çıxışı edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim cənabları təşkil edilən sərgilərin mahiyyəti haqqında danışdı və bütün xanımları qarşıdan gələn 8 mart beynəlxalq qadınlar günü münasibətiylə təbrik etdi. Tədbirdə iştirak edən Millət vəkili xanım Qənirə Paşayeva belə xeyriyyə sərgilərinin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd etdi və sərgiyə əl işlərini təqdim edən xanımlara öz minnətdarlığını bildirdi. Açılış mərasimində çıxış edən Nazirlər Kabineti Aparatının şöbə müdiri cənab Qurban Sadıqov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini xanım Xalidə Bayramova, Azərbaycan və Türk dünyasının tanınmış şairi Məmməd Aslan da öz ürək sözlərini qonaqlarla bölüşdülər.
| TarixTarix: 3 Mart 2010 |
7-Cİ ƏL İŞLƏRİ XEYRİYYƏ SƏRGİSİNƏ DƏVƏTLİSİNİZ          Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun tərkibində “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, Xocalı soyqırımı şəhidlərinin ailələrinə və qocalar evinə yardım, "Qarabağ suallar və Faktlar" kitabının və digər bir neçə kitabın nəşri, bu sərginin vəsaiti hesabına həyata keçirilmişdir. Keçən il keçirilmiş sərgidən əldə olunan gəlirlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2009-cu ilin Uşaq ili elan edilməsi haqqında, 2008-ci il 22 dekabr tarixli 103 nömrəli sərəncamının icrasına dəstək olmaq məqsədilə “Uşaqlar arasında dişlərə qulluq mədəniyyətinin formalaşması” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrində təşkil olunan layihəyə xərclənmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir...