Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
2004-cü ildə Ağdam rayonunda hərbi xidmətdə olan zaman erməni snayperçisi tərəfindən yaralanaraq I qrup əlil olub, bədən üzvlərinin hərəkəti məhdudlaşan Goranboy rayonu Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış İbrahimov Elşad Ələsdan oğlunun motorlu əlil arabasına olan ehtiyacını Gəncliyə Yardım Fondu qarşıladı.
Bu gün Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans Zalında 20 yanvar şəhid ailələri ilə görüş keçirilmişdir .
Tədbir açıq elan edilməmişdən əvvəl dövlətmizin müstəqilliyi və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sukutla yad edildi. Azərbaycan və Türkiyə dövlətlərinin dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim 20 yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O, 20 yanvar hadisələrinin həm faciə, həm də dövlətin qürur günü olduğunu diqqətə çatdırıb...
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Azərbaycan Tələbə - Gənclər İttifaqı” İctimai Birliyi ilə birgə 18 yanvar 2010-cu il tarixdə saat 12:00-da Gəncliyə Yardım Fondunun konfrans zalında 20 yanvar faciəsinin XX ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda tədbir keçirilmişdir....
09.01.2010-cu il tarixində Gəncliyə Yardım Fondunun konfrans salonunda "İRFAN" jurnalının təşkilatçılığı ilə Yüzüncü İl Universiteti, İlahiyyat Fakultəsinin müəllimi, yazıçı Adəm Saraçın "Əhli-Beyt Sevgisi" adlı konfransı və yazıçının Hz. Həzən və Hz. Hüseynin həyatına həsr etdiyi "Nazənin Güllər" adlı kitabının təqdimat mərasimi keçirildi....

Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasıbati ilə müxtəlif bayram sovqatları paylayaraq SOS Uşaq Kəndinin uşaqlarını sevindirib. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasıbati ilə həyata keçirilən xeyriyyə tədbirində çıxış edən SOS Uşaq Kəndinin direktoru Raqib Dadaşov cənabları Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirdi və SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası Xətai Rayon filialı adından Gəncliyə Yardım Fonduna Bakı SOS Uşaq Kəndinin ictimai həyatında fəal iştirakına görə təşəkkür etdi və Bakı SOS Uşaq Kəndinin Dostu statusuna layiq görüldüyünü bildirdi....