Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349

Bütün Azərbaycan xalqını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasıbati ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizə xeyirli uzun ömür, can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırq!
Ümid edirik ki, Yeni ilin bərəkəti xalqımıza və dövlətimizə uğur gətirəcək, xalqımızın cöhrəsindən sevinc təbəssümü heç vaxt əksik olmayacaq.
Bayramınız mübarək!
Dərin Hörmət və Ehtiramla
Gəncliyə Yardım Fondunun Kollektivi
25.12.2009-cu il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2009-cu ilin yekunlarına dair "Yaxşıların yaxşısı -2009" təltifetmə mərasimi keçirildi.
2009-cu ilin baş idarə üçün uğurlu və nailiyyətlərlə dolu bir il olduğunu qeyd edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov xatırlatlatdı ki, bu il ərzində paytaxt idmançıları bir çox mötəbər Dünya və Avropa yarışlarında, beynəlxalq turnirlərdə uğurla çıxış edərək, üçrəngli bayrağımızı dəfələrlə yüksəklərə qaldırıblar:" Eyni zamanda fəal gənclərimiz müxtəlif beynəlxalq seminarlar və konfranslarda iştirak edərək ölkəmizlə bağlı bir çox həqiqətləri dünya ictimaiyyətinə çatdırıblar. İl boyu əldə olunan uğurlarda əlbəttə ki müxtəlif təşkilatların idman federasiyalarının və KİV-nin də rolu danılmazdır. Bu gün məhz həmin təşkilatlar mükafatçılar sırasındadırlar"....
Gəncliyə Yardım Fondu artıq xeyriyyəçilik fəaliyyətləri ilə ad çıxarmış, bu günə kimi hümanitar yardım, təhsilə dəstək, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəminatlı ailələrə köməklik kimi fəaliyyətləri ilə hər zaman xalqımıza öz maddi-mənəvi dəstəyini göstərmişdir. Fondun, qurulduğu gündən etibarən fəaliyyətlərinin mərkəzindəki əsas düşüncə imkansızlara, ehtiyac sahiblərinə yardım göstərmək olmuşdur. Bu mənada tez-tez yardım kampaniyaları təşkil olunur və bu fəaliyyətlər geniş bir sahədə davam etdirilir.
12.11.2009-cu il tarixdə Gəncliyə Yardım Fondunun konfrans salonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “12 noyabr – Konstitusiya günü” münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Mən Konstitusiyamı öyrənirəm” adlı bilik olimpiadası keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev öz çıxışında Azərbaycan gəncliyinin vətənpərvər və bilikli bir gənclik olaraq inkişaf etdirilməsində dövlət dəstəyi haqqında danışdı və olimpiada iştirakçılarına müvəffəqiyyətlər arzuladı. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sədri cənab Raqif Abbasov da tədbirdə iştirak etmişdir.
Bakıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Azərbaycan Republikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İnformasiya kommunikasiya texnologiyaları sahəsində gənclərin biliklərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində noyabrın 3-də “Xocalıya ədalət” kampaniyasının əlaqələndiriciləri ilə görüş olmuşdur.
Görüşdə DƏ-İKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fodunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak etmişdir.