Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
03.11.2009-cu il tarixdə Gəncliyə Yardım Fondunun konfrans zalında Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 avqust 2005-ci il tarixli, 982 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nin 3.2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə 03 noyabr 2009-cu il tarixdə Bakı şəhəri yerləşən Gənclərin Vətənpərvərlik Klubları arasında “Breyn-rinq”intelektual oyunu keçirildi.
30.10.2009-cu il tarixində Gəncliyə Yardım Fondunun konfrans salonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş ali təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatları arasında “ Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Birlik Kuboku-nun final mərhələsi keçirilmişdir.
Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri cənab Elşən Hüseynov öz çıxışlarında yarışda iştirak edən bütün komanda üzvlərinə müvəffəqiyyətlər arzuladılar və azərbaycan gəncliyinin inkişafına verilən dövlət dəstəyini yüksək qiymətləndirdilər.
29.10.2009-cu il tarixində Türkiyə Böyük Millət Məclisinin nümayəndələri Gəncliyə Yardım Fondunun qonağı oldular. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bəylə görüşən Ankara millət vəkili Zeynep Dağı, Kırşehir millət vəkili Abdullah Çalışkan, Hatay millət vəkili Fevzi Şanverdi və Manisa millət vəkili Mehmet Cerçi, fondun fəaliyyətləri ilə yaxından tanış oldular.
Bu günlərdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim cənabları və Gəncliyə Yardım Fondunun nümayəndəsi elmlər namizədi Abbas Qurbanov Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakultəsinin rəhbərliyinin dəvəti ilə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsinin qonağı oldu. Qarşılıqlı həmsöhbət zamanı fakultənin dekanı prof. Hikmət Əlizadə və dekan müavini Üzeyir Şəfiyev, Ahmet Tecim bəyə 1990-cı ildə təsis olunmuş Sosial elmlər və psixologiya fakultəsinin 3 tədris otağının təmirində göstərdikləri köməkliyə görə təşəkkürlərini bildirdilər.
Bu gün 17.10.2009-cu il tarixində Gəncliyə Yardım Fondunun Konfrans salonunda 'TƏKAN' Tələbə Gənclərinin İctimai Birliyi Bakı şəhərinin Binəqədi, Səbail və Yasamal rayonlarının ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Siyasi Bilik Olimpiadası” keçirildi.