Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
Bu gün Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən bir sıra imkansız əlillərlə görüş keçirilmişdir. Məqsəd ehtiyacı olan bir sıra əlillərə əlil arabasının hədiyyə verilməsidir.
Göruş Gəncliyə Yardım Fondunun konfrans salonunda keçirilmişdir. Görüşdə fondun vitse prezidenti Salman Əliyev, fondun təhsil işləri üzrə şöbə müdiri Ali Çinar çıxış etmişlər.
11 aprel 2006-cı il tarixdə Gəncliyə Yardım Fondu mərkəzində 150 aztəminatlı ailəyə ərzaq yardımı göstərmişdir və bu ailələr əlaqədar QHT-lərin xüsusi çalışmaları nəticəsində müəyyən edilərək siyahı Fondu Hümanitar Yardımlar Şöbəsin əvvəlcədən təqdim olunmuşdur.
Gəncliyə Yardım Fondu, qurulduğu gündən etibarən fəaliyyətlərinin mərkəzindəki əsas düşüncə; imkamsızlara, yardıma möhtac olanlara və xüsusilə Azərbaycandakı bir milyondan çox qaçqın və məcburi köçkünə yardım göstərmək olmuşdur. Bu mənada tez-tez yardım kampaniyaları təşkil olunmaqda və bu fəaliyyətlər geniş bir sahədə davam etdirilməkdədir.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Bu il üçün GYF-nin nəzərdə tutduğu Qurban ətlərinin paylanması və ehtiyac sahiblərinə çatdırılması üçün əvvəlcədən rəsmi məktubla müraciət etmiş dövlət qurumunun nümayəndələri və QHT-lərin rəhbərləri ilə 26/12/2006 tarixində fondun konfrans zalında görüş keçirilmişdir.
Əsasən qaçqın və məcburi köçkünlərlə işləyən dövlət qurumu və QHT-lər Qurban ətlərinin onlara verilməsi və paylanmasının təşkilinə böyük əhəmiyyət verdiklərini vurğulayan GYF-nin prezidenti Ahmet Tecim ilk görüşdə qonaqları qarşıdan gələn bayramlar münasibəti ilə səmimi qəlbdən təbrik etdi.
Hər bir xalqın tarixində azad və müstəqil yaşamaq üçün dönüm nöqtəsi hesab olunan tarixlər və bu azadlıq, müstəqillik uğrunda öz şirin canlarından keçmiş qəhrəman övladları olmuşdur. Məhz belə qəhrəmanlar zamanın axarında əsla unudulmur və tarixin yaddaşında azadlıq uğrunda axıtdıqları müqəddəs qanları ilə həkk olunurlar. 20 Yanvar 1990-cı il tarixi və Azərbaycanın yaxın tarixinə öz qanları ilə adlarını yazdırmış 20 Yanvar şəhidləri də məhz xalqımızın yaddaşında daima belə yaşayacaqdır. Onların xatirələri həmişə ehtiramla yad olunmalıdır.
Məlum olduğu kimi Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu qurulduğu gündən bəri hər il Ramazan və Qurban bayramlarında qaçqın-məcburi köçkün, aztəminatlı və şəhid ailələrinə yardımlar göstərir. Fond bu il də ənənəsinə sadiq qalaraq qurban bayramında sözügedən ailələrə qurban payı verməyi nəzərdə tutmuşdur. Bunun üçün artıq hazırlıq işlərinə başlanmışdır.
Gəncliyə Yardım Fondu 1994-cü ildən bəri qoruduğu ənənələrə sadiq qalaraq bu il də “Qurban ətlərinin kəsilməsi və ehtiyac sahiblərinə paylanması” işlərini başa vurdu. Bu işdə bizimlə əməkdaşlıq edən Qeyri Hökümət Təşkilatlarının da rolu böyük idi.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, təxmini olaraq bir neçə ildir ki, 60 mindən çox ailəyə yardımlarmızı çatdırırıq. Həm Bakıda, həm bəzi rayonlarda, eyni zamanda Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə qurbanlıqlar kəsirik. Həqiqətən Qurban bayramında Gəncliyə Yardım Fondu, Azərbaycan xalqı ilə əl-ələ, könül–könülə verərək təşkilatçılıq edir. Bu fəaliyyətlər bir bayram havasında keçir.
Gəncliyə Yardım Fondu, qurulduğu gündən etibarən fəaliyyətlərinin mərkəzindəki əsas düşüncə; imkansızlara, yardıma möhtac olanlara və xüsusilə Azərbaycandakı bir milyondan çox qaçqın və məcburi köçkünə yardım göstərmək olmuşdur. Bu mənada tez-tez yardım kampaniyaları təşkil olunmaqda və bu fəaliyyətlər geniş bir sahədə davam etdirilməkdədir.
Məlum olduğu kimi Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir.
Oruclu bir kimsəyə iftar vermək, yəni onun orucunu açdırmaq İslam mənəviyyatına görə fəzilətli əməllərdən hesab olunur. Məhz elə bu fəzilətli əməlin savabına nail olmaq və cəmiyyətin aztəminatlı təbəqəsinə müəyyən mənada dəstək olmaq məqsədi ilə qurulduğu illərdən bəri Gəncliyə Yardım Fondu Ramazan aylarında iftar süfrələrinə böyük əhəmiyyət vermiş və bunu artıq ənənə halına gətirmişdir.
Qurulduğu gündən bəri xeyriyyə fəaliyyətləri ilə ad çıxarmış Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu hümanitar yardım, təhsilə dəstək, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəminatlı ailələrə köməklik göstərmək kimi fəaliyyətləri ilə hər zaman xalqımıza öz maddi-mənəvi dəstəyi ilə seçilir.
Fond hər il sözügedən fəaliyyətlərlə yanaşı uşaqların adət ənənələrimizə müvafiq olaraq sünnət olunması ilə də məşğul olur. Əsasən qaçqın, məcburi köçkün, şəhid və az təminatlı ailələrin uşaqlarının sünnət olunduğu bu mərasimlərdə bu günə qədər Gəncliyə Yardım Fondu xeyli uşağı sünnət etdirmişdir.