Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
Hər bir dövlətin özünə xas milli mənəvi dəyərləri, elm adamları, böyük mütəfəkkirləri, şair və yazıçıları olduğu kimi, qədim tarix və mədəniyyətə sahib olan müstəqil Azərbaycanımız hər zaman bu dəyərlərə sahib olmuş və digər dövlətlər arasında öz yerini layiqincə tutmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan deyildiyi zaman ilk ağıla gələn Nizamilər, Fizulilər, Nəsimilər və bunların timsalında öz qələmləri ilə ağ kağız üzərində silinməz tarix yaradan insanlardır. O insanlar ki, dövlət və millətləri uğrunda canlarından belə keçsələr haqq sözü söyləməkdən geri durmamışlar.
Fevralın 18-də Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun konfrans zalında Azərbaycan yazıçılar birliyinin üzvü, Bakı Atatürk Liseyinin 9-cu sinif şagirdi Mirbəhram Əzimbəylinin "Səssiziliyin harayı" kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Mirbəhram Əzimbəylinin "Bir çocuğun dünyasından sesler" adlı ilk kitabı 12 yaşında olarkən çap edilmişdir. M. Əzimbəylinin doğum günündə keçirilən təqdimat mərasimini yazıçı-tənqidçi Yaşar Rövşən açaraq ilk öncə bu günlərdə dünyasının dəyişmiş xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsini hörmətlə yad etdi.
09.01.2010-cu il tarixində Gəncliyə Yardım Fondunun konfrans salonunda "İRFAN" jurnalının təşkilatçılığı ilə Yüzüncü İl Universiteti, İlahiyyat Fakultəsinin müəllimi, yazıçı Adəm Saraçın "Əhli-Beyt Sevgisi" adlı konfransı və yazıçının Hz. Həzən və Hz. Hüseynin həyatına həsr etdiyi "Nazənin Güllər" adlı kitabının təqdimat mərasimi keçirildi....

Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimovu “Ən ədalətli idman işçisi” adına layiq görüldüyü üçün səmimi qəlbdən təbrik edir və gəncliyimizin inkişafında göstərdiyi fəaliyyətlərdə uğurlar və müvəffəqiyyətlər arzu edirik.
Gəncliyə Yardım Fondunun
Kollektivi
27.04.2010-cu il tarixində Gəncliyə Yardım Fondunun konfrans salonunda "İRFAN" jurnalının təşkilatçılığı ilə azərbaycanlı oxuçular tərəfindən əsərləri sevilərək oxunan möhtərəm Osman Nuri Topbaşın “Haqq Dostlarının Peyğəmbər Sevgisi” adlı konfransı və “Haqq Dostlarının Örnək Əxlaqından” adlı kitabının təqdimat mərasimi keçirildi
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim və Fondun vitse-prezidenti cənab Salman Əliyev "Azərbaycan İncəsənəti təsviri-sənət, dekorativ tətbiqi-sənət, memarlıq" uşaqlar üçün ensiklopedik məlumat kitabı, I cild kitabının İncəsənət Muzeyində təşkil edilmiş təqdimat mərasimində iştirak etdilər.
20-21 may 2010-cu il tarixləri arasında Ankara Düşüncə və Araşdırma Mərkəzinin (ADAM) Azərbaycan Universitetində “Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı” mövzusunda beynəlxalq konfransda iştirak edən nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət etdilər. Türkiyənin Başkənd, Çankaya, Osmanqazi, Yüzüncüyıl, Süleyman Dəmirel universitetlərindən olan alim və mütəxəssislər Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə görüşüb.
Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi”adlı beynəlxalq simpozium keçiriləcək. Tarix boyu yaşadığı həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi naliyyətləri və yetişdirdiyi dahi şəxsləri ilə öyünən türk dünyasının tanınmış simalarından bəziləri də Yunus Əmrə və Məhəmməd Füzulidir. Bu gün Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda Atatürk Mərkəzi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) birlikdə hazırladıqları layihə üzrə 10 iyun 2010-cu il saat 10-da Avropa Otelinin Bakı Balroom zalında “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi” adlı beynəlxalq simpozium keçiriləcək...