Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
2006- cı il, 15-17 noyabr tarixlərində Zuğulba “Gənclik” Turizm Mərkəzində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) təşkilatçiliğı ilə “İslam Konfransı Təşkilatı (İKT) üzv ölkələrinin aparıcı gənclər təşkilatları rəhbərləri üçün liderliliyin inkişafı” mövzusunda beynəlxalq konfrans və təlim kursları keçirilmişdir. Bu proqramda İKT üzv-ölkələrinin 40-a yaxın aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak etmişdir. Proqramın açılış mərasimi Azərbaycan dövlət nümayənədləri, millət vəkilləri, İKT ölkələri səfirliklərinin Azərbaycanda akkreditə olunmuş səfirləri və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə 15 noyabr saat 11:00-da Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında keçirilmişdir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəvəti ilə Azərbaycanda Gənclər Təşkilatlarının fəaliyyəti və Avropa gənclər Platformuna üzv təşkilatların növbəti iclasının Aprel ayında Azərbaycanda keçirilməsi prespektivləri ilə yerində tanış olmaq üçün ölkəmizə gəlmiş Avropa Gənclər Platformunun Baş Katibi Dieqo Pinto səfəri çərçivəsində yanvar ayının 13-də Gəncliyə Yardım Fondunda da olmuşdur.
05/05/2007-ci il tarixdə Ç.Mustafayev adına Uşaq Yardıcılıq Mərkəzi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş İslamın əsasları mövzusunda ənənəvi Bilik Müsabiqəsinin II (yekun) turu keçirildi və qaliblər mükafatlandırıldı. Xatırladaq ki, iki qurum tərəfindən həyata keçirilən bu müsabiqədə hər il 10.000-ə yaxın yeniyetmə, gənc məktəblilər könüllü iştirak edirlər. Müsabiqə iştirakçılarının sayının hər il artması eyni zamanda Azərbaycan gəncliyinin rəqs, musiqi yarışmaları ilə yanaşı ciddi müsabiqələrə də maraq göstərdiyini sübut edir
05/05/2007-ci il tarixdə Ç.Mustafayev adına Uşaq Yardıcılıq Mərkəzi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş İslamın əsasları mövzusunda ənənəvi Bilik Müsabiqəsinin II (yekun) turu keçirildi və qaliblər mükafatlandırıldı. Xatırladaq ki, iki qurum tərəfindən həyata keçirilən bu müsabiqədə hər il 10.000-ə yaxın yeniyetmə, gənc məktəblilər könüllü iştirak edirlər. Müsabiqə iştirakçılarının sayının hər il artması eyni zamanda Azərbaycan gəncliyinin rəqs, musiqi yarışmaları ilə yanaşı ciddi müsabiqələrə də maraq göstərdiyini sübut edir.
Bir çox rəsmi və işgüzar görüşlər üçün Azərbaycana səfər etmiş Dövlət naziri M. Ali Şahin və onu müşayət edən rəsmi heyət 08 avqustda fondumuzda olmuşdur. Bu görüşdə həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Turan Moralı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev də iştirak etmişdir
06.12.2006 tarixində Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Konfrans salonunda Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin (QESAM) ilk nəşri olan “Ermənistan Respublikası məlumat-sorğu kitabçasının” təqdimat mərasimi və “Ümumqafqaz təhlükəsizlik problemi və Ermənistan” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbiri giriş sözü ilə QESAM-ın sədri Emin Əliyev açdı. O, qonaqları salamlayıb araşdırma mərkəzi haqqında ətraflı məlumat verdi. Emin Əliyev öz çıxışının sonunda qurulduğu ilk dövrlərdən etibarən sözügüdən mərkəzə və geniş oxucu kütləsinə təqdim olunan bu kitabçanın nəşrində göstərmiş olduğu dəstəyinə görə Gəncliyə Yardım Fondunun rəhəbliyinə xüsusi minnətdarlığını bildirdi.
Dekabr ayının 25-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibəti ilə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bayram mərasimi keçirilmişdir
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəvəti ilə Azərbaycanda Gənclər Təşkilatlarının fəaliyyəti və Avropa gənclər Platformuna üzv təşkilatların növbəti iclasının Aprel ayında Azərbaycanda keçirilməsi prespektivləri ilə yerində tanış olmaq üçün ölkəmizə gəlmiş Avropa Gənclər Platformunun Baş Katibi Dieqo Pinto səfəri çərçivəsində yanvar ayının 13-də Gəncliyə Yardım Fondunda da olmuşdur.
Türkiyənin ölkəmizdəki səfirliyi TOHGMİB (Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi) və TUMİB-in (Türkiyə Universitetləri Məzunları İctimai Birliyi) təşkilatçılığı ilə Qafqaz Islam Ordusunun Azərbaycana gəlişinin 89-cu ildönümünə həsr olunmuş bir sıra tədbirlər həyata keçirmişdir. Bu silsilə tədbirlərin ilki Sentyabrın 12-də Göyçay rayonunda təşkil olunub. Bu səfərə ölkənin tanınmış ziyalıları ilə yanaşı, KIV nümayəndələri, aktyorlar və müğənnilər də qoşulublar. Ilk olaraq, 1918-ci ildə Bakıya doğru hərəkət edən Qafqaz İslam Ordusunun Şamaxı rayonunun Acıdərə deyilən ərazisində apardığı döyüşlər zamanı şəhid olanların xatirəsinə qoyulan abidə kompleksi ziyarət edilib, əklil qoyulmuşdur.
Fəaliyyətə başladığı gündən bəri ölkəmizdə xeyriyyəçilik fəaliyyətləri ilə ad çıxarmış Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu hümanitar yardım, təhsilə dəstək, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəminatlı ailələrə köməklik kimi fəaliyyətləri ilə hər zaman xalqımıza öz maddi-mənəvi dəstəyini göstərməkdədir. Təsadüfi deyil ki, fond öz ata-baba yurdlarını erməni təcavüzü nəticəsində tərk etmək məcbiriyyətində qalan soydaşlarımıza qayğını həmişə diqqət mərkəzində saxlayır.