Gəncliyə Yardım Fondu

DİL SEÇİMİ

Azərbaycan dili     İngilis dili

UNUTMA!!!

Unutma

Yardım et!

Bir tələbə də sən oxut

Bir ərzaq paketi də sən ver

HESAB NÖMRƏLƏRİMİZ

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
| TarixTarix: 24 Dekabr 2009 |
KURSU BİTİRƏNLƏRƏ SERTİFİKATLAR VERİLDİ          Yaşadığımız XXI əsr eyni zamanda dünya dövlətlərinin inteqrasiyası baxımından da əlamətdardır.Odur ki sabahın daşıyıcıları olan gənclər öz ana dilini, milli mənəvi dəyərlərini dərindən bilməklə yanaşı ingilis, ərəb və s. xarici dillərin ən azı birini yaxşı bilməli, müasir elmi praktiki yeniliklərlə tanış olmalı, mühasibatlıq kimi mühüm bir sahənin sirlərinə dərindən yiyələnməli və eyni zamanda öz təhsilləri istiqamətində savadlı kadrlar kimi formalaşmalıdırlar.
| TarixTarix: 24 Dekabr 2009 |
GYF - dən "BİLİK GÜNÜ" SOVQATI          Məlum olduğu kimi artıq 2004-2005-ci tədris ilindən etibarən Azərbaycanda sentyabrın 15-i Bilik Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamına əsasən ölkədə dərs ili sentyabrın 15-də başlayır.
          15 ildən aşqın fəaliyyət dövründə Gəncliyə Yardım Fondu yeni tədris ilinin başlaması ilə bağlı silsilə tədbirlər həyata keçirdi, internat məktəbləri və uşaq evlərinə səfərlər etdi. Bu fəaliyyəti dövründə bir çox diplomlarla təltif olunmuş və müxtəlif mükafatlara layiq görülən GYF bu il də öz ənənələrinə sadiq qaldı.
| TarixTarix: 24 Dekabr 2009 |
GƏNCLƏR  GƏLƏCƏYİMİZDİR          Gəncliyə Yardım Fondu (GYF) ilə Gənc Mühasiblər Birliyinin (GMB) birgə təşkil etdiyi “Beynəlxalq mühasibatlıq” kursu ilə GYF nəzdində təşkil olunmuş növbəti , kompüter və ingilis, rus və ərəb dil kursları yekunlaşdı. Bu münasibətlə 17 yanvar 2009-ci il tarixində, Fondun Konfrans zalında kurs iştirakçıları ilə vidalaşma görüşü və kursları müvəffəqiyyətlə bitirmiş tələbələrə müvafiq sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.
| TarixTarix: 24 Dekabr 2009 |
GYF “Gənclər  Mükafatı” Diplomuna Layiq Görülmüşdür          Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası 2 Fevral Gənclər günündə keçirilmışdır.
          Məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclərin qeyri-hökumət təşkilatlarını dövlət gənclər siyasətinin həyata keçirilməsinə, gənclərlə bağlı qanunların hazırlanmasına və təkmilləşdirilməsinə yaxından cəlb etmək olan Gənclərlə iş üzrə İctimai Şura 1994-cü ildən etibarən Nazirliyin Kollegiyası nəzdində fəaliyyət göstərir.
| TarixTarix: 25 Dekabr 2009 |
GYF-DƏ MƏKTƏBLİLƏR ARASI NOVRUZ BAYRAMI TƏDBİRİ KEÇİRİLDİ          Azərbaycan xalqının qədim tarixlərdən başlayaraq bu günümüzə qədər böyük sevinclə qarşıladığı bayramlardan biri də Novruz bayramıdır. Təbiətin, həyatın oyanması Novruzdan başlanır düşüncəsi ilə Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur.
          Bu bayramı ən çox sevinclə gözləyənlər isə uşaqlardır. Uşaqların Novruz bayramının daha ehtişamlı keçməsindəki yeri çox böyükdür. Belə ki, uşaqların yumurta döyüşdürməsi, qapılara papaq atması, tonqal üzərindən tullanması, kosa keçəl oynunu oynaması bayramın gözəlliyinə yeni bir həyacan qatır.
| TarixTarix: 25 Dekabr 2009 |
GİNCLİYƏ YARDIM FONDUNDA GƏNCLƏR ARASINDA “NƏ? HARADA? NƏ ZAMAN?” İNTELLEKTUAL OYUNLARI KEÇİRİLMİŞDİR          Mayın 23-də Gəncliyə Yardım Fondunda gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə “Bahar kuboku” uğrunda yarış keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Xəzər İntellektual Klubu və Gəncliyə Yardım Fondunun təşkil etdikləri yarışda hər birində 6 nəfər olmaqla, 18 komanda mübarizə aparmışdır.
          Yarışın açılış hissəsində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim bildirmişdir ki, yüksək intellektual səviyyəli gənclərə malik olan bir ölkənin gələcəyi parlaqdır.
| TarixTarix: 25 Dekabr 2009 |
GYF-NİN TƏŞKİL ETDİYİ KURSLARDA MÜVƏFFƏQ OLANLARA SERTİFİKAT VERİLDİ          Gəncliyə Yardım Fondu (GYF) ilə Gənc Mühasiblər Birliyinin (GMB) birgə təşkil etdiyi “Beynəlxalq mühasibatlıq” kursu ilə GYF nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis, rus və ərəb dili kursları yekunlaşdı. Bu münasibətlə 13 iyun 2009-cu il tarixində, Fondun Konfrans zalında kurs iştirakçıları ilə vidalaşma görüşü və kursları müvəffəqiyyətlə bitirmiş tələbələrə müvafiq sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.
| TarixTarix: 26 Dekabr 2009 |
“GƏLİN BİRLİKDƏ ÖYRƏNƏK”          Gəncliyə Yardım Fondunun konfrans salonunda, 2009-cu il “Uşaq ili” ilə əlaqədar olaraq Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti “Gəncliyə Yardım Fondu” və “İRƏLİ” İctimai Birliyi birgə olaraq “Gəlin birlikdə öyrənək” adlı maarifləndirici layihənin növbəti mərhələsinin bağlanış mərasimi keçirilmişdir.
| TarixTarix: 26 Dekabr 2009 |
GƏNCLİYƏ YARDIM FONDU ŞAGİRDLƏRİ TƏBRİK ETDİ          Bu gün ölkənin bütün orta məktəblərində “İlk zəng” çalınıb. Bu əlamətdar gün respublikamızın bütün bölgələrində böyük sevinclə qarşılanır.
          Bilik günü və Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli “2009-cu ilin Uşaq ili elan edilməsi haqqında” sərəncamının icrası və sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılması münasibəti ilə Gəncliyə Yardım Fondu və İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin nümayəndələri Ağdam rayonu 149 saylı köçkün orta məktəbini ziyarət ediblər. Məktəbin kollektivi və qonaqlar yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq şagirdlərlə görüş keçirdilər.
| TarixTarix: 26 Dekabr 2009 |
GƏNCLİYİMİZİN İNTELLEKTUAL SƏVİYYƏSİNİN İNKİŞAFINA DƏSTƏK          Gəncliyə Yardım Fondunun konfrans salonunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 03 oktyabr 2009-cu il tarixdə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Uşaq və yeniyetmələr arasında birinci Azərbaycan Çempionatının Bakı şəhəri üzrə zona mərhələsi keçirmişdir.
          Zona mərhələsinin əsas məqsədi uşaq və yeniyetmələrin intellektual səviyyəsinin, zehni inkişafının təmin edilməsi, intellektual oyunların uşaq və yeniyetmələr arasında təbliğ olunması, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilində yeni üsulların təbliğ edilməsindən ibarətdir.