|
Gəncliyə Yardım Fondunun kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar keçirilən "Oxunan hər kitab nurlu sabahdır" adlı kitab aksiyasına qoşulub. Aksiya çərçivəsində Fond 15 adda 205 ədəd bir-birindən maraqlı uşaq kitablarını Firudinbəy Köçərli Adına Respublika Uşqa Kitabxanasına təqdim edib.
09.02.21 12:00 ərzində olan dəyişikliklər | Yazan Administrator 09.02.21 11:53
Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
06.02.21 16:02 ərzində olan dəyişikliklər | Yazan Administrator 05.02.21 15:19
Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “20 yanvar – Hüzn və Milli Qürur Günümüz” adlı onlayn konfrans keçirilib.
Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları və əlaqədar təşkilatların rəhbərləri iştirak edib. Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş vebinar vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir anlıq sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Xəzər universitetinin müəllimi, Tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlu tədbir iştirakçılarına 20 Yanvar hadisələri zamanı tarixi həqiqətlər və bugünkü qazanılan zəfər yolu haqqında danışıb. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ailələrinə səbir diləyib.
21.01.21 12:22 ərzində olan dəyişikliklər | Yazan Administrator 21.01.21 12:14
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Daha sonra fond nümayəndələri Türk şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini də ziyarət edib.
19.01.21 17:29 ərzində olan dəyişikliklər | Yazan Administrator 19.01.21 16:39
Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik Günü münsaibəti ilə II Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəman övladlarımızn ailələrini ziyarət edib. Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin Aziz Mahmud Hüdayi Vəqfinin şəhid və qazi ailələrindəki azyaşlı uşaqlar üçün gördərdiyi sovqatlar ziyarət əsnasında ailələrə təqdim edilib. Fondun nümayəndələri eyni zamanda Mingəçevir, Gəncə, Tərtər və Bərdə rayonlarında fəaliyyət göstərən uşaq evlərini də ziyarət edərək orada qalan uşaqlar üçün də hədiyyələr təqdim ediblər.
30.12.20 14:37 ərzində olan dəyişikliklər | Yazan Administrator 30.12.20 14:30
Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib. Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral iflic xəstəliyindən əziyyət çəkdiyi üçün Fond tərəfindən əlil arabası ilə təmin olunub.
Yazan Administrator 30.12.20 11:11
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti II Qarabağ müharibəsi qazisi Ələkbərli Qurban Nərman oğlunu hazırda yaşadığı ünvanda ziyarət edib. Qeyd edək ki, Qurban Ələkbərli Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək qəlpə yarası alıb. Qazimizin ailəsinin ehtiyacları nəzərə alınaraq Fond tərəfindən ailəyə qida paketi yardımı təqdim edilib.
24.12.20 13:42 ərzində olan dəyişikliklər | Yazan Administrator 24.12.20 13:02
Səhifə 3 > 86-dəan