|
Gəncliyə Yardım Fondunun nümyəndələri Göyçaydan olan şəhidlərimizin ailələrini ziyarət edib. Şəhid yaxınları ilə görüşən Fond nümayəndələri vətənimizin azdalığı uğrunda canlarından keçən vətən övladlarına hər birimizin borclu olduğunu qeyd ediblər. Qürur yerimiz olan hər bir şəhidimizin adına hazırlanmış içərisində Müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu şəhid yaxınlarına təqdim edilib.
15.12.20 13:37 ərzində olan dəyişikliklər | Yazan Administrator 15.12.20 12:45
Gəncliyə Yardım Fondu Vətən Müaribəsində iştirak edən və torpaqlarımızın işğaldan azad edilməsi yolunda şirin canlarından keçən şəhidlərimizin ailələrini ziyarət edir. Bu ziyarətlər əsnasında şəhid ailələri ilə söhbətlər aparılır, hər bir şəhidimizin adına hazırlanmış içərisində Müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu, maddi yardım və qida paketləri təqdim edilir. İlkin mərhələdə Zaqatala, Qax, Balakən, Saatlı, Sabirabad, Kürdəmir və Bakı Şəhərindən olan şəhid ailələri ziyarət edilib. Bu ziyarətlər bundan sonra da davam edəcək və bütün şəhidlərimizin ailələrinə baş çəkiləcəkdir.
02.12.20 11:46 ərzində olan dəyişikliklər | Yazan Administrator 02.12.20 11:31
30.11.20 11:58 ərzində olan dəyişikliklər | Yazan Administrator 30.11.20 11:40
Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim ediləcək.
Yazan Administrator 20.11.20 16:55
Uzun illər Gəncliyə Yardım Fondunun təhsil koordinatoru vəzifəsində çalışıb öz dərin elmi biliyi və mənəvi dünyasının zənginliyi ilə Azərbaycanda milli-mənəvi dəyərlərinə bağlı gənclərin yetişdirilməsində yaxından əməyi olan dəyərli böyüyümüz, könül insanı Ali ÇİNAR müəllimimiz bu gün Haqqın rəhmətinə qovuşmuşdur. Yaxınlarına, dostlarına və tələbələrinə başsağlıği verir, Uca Rəbbimizdən məkanının cənnət olmasını niyaz edirik.
Yazan Administrator 14.11.20 13:55
Həsrətimiz vüsala döndü...
Bu qədər illər sonra həsrətimizi dindirən, Qarabağ torpaqlarımıza olan hicranımızı vüsala çevirən və bu mübarək zəfəri lütf edən Rəbbimizə sonsuz şükürlər olsun.
Azərbaycanın şücaətli Dövlət Rəhbəri cənab İlham Əliyev bütün təqdir və təriflərə layiqdir. Bu haqlı mübarizəmizi dəstəkləyən Türk dövlət və millətinə də təşəkkür edirik.
10.11.20 11:34 ərzində olan dəyişikliklər | Yazan Administrator 10.11.20 11:22
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə Millət vəkili Ülviyə Ağayeva ilə birlikdə Ağstafa rayonu, Köçəsgər kəndində yaşayan Misirov Səfər Yusif oğlunu və Tovuz rayonu, Abdulbəyli kəndində yaşayan Kazımov Rasim Musa oğlunu yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları ehtiyac sahibi ailələrə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
03.11.20 10:47 ərzində olan dəyişikliklər | Yazan Administrator 03.11.20 10:38
Səhifə 4 > 86-dəan