|
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
Yazan Administrator 09.07.20 15:19
Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi keçirildi. Karantin qaydalarına uyğun olaraq müsabiqənin qalibləri tək-tək Gəncliyə Yardım Fondunun ofisinə dəvət edilərək mükafatları təqdim edilidi. Xatırladaq ki, usaqkitabi.az saytı layihədə iştirak edən bütün uşaqları sertifikat və bir sıra hədiyyələrlə sevindirəcəkdir. Respublikanın müxtəlif bölgələrindən müsabiqədə iştirak edən uşaqlara hədiyyələri əməkdaşlarımız tərəfindən birbaşa şəxsi ünvanlarında veriləcəkdir.
10.06.20 17:40 ərzində olan dəyişikliklər | Yazan Administrator 10.06.20 16:12
Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin iştirakı ilə birlikdə baş tutan xeyriyyə fəaliyyətini yerli əhali yüksək qiymətləndirib və dövlət rəhbərliyinin hər zaman onları düşündüyünü qeyd ediblər. Onlar eyni zamanda Gəncliyə Yardım Fonduna da bu mübarək günlərdə onları unutmadıqları üçün öz təşəkkürlərini bildiriblər.
Yazan Administrator 20.05.20 14:53
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli Kərimov Əziz İsa oğlunu yaşadığı ünvanda ziyarət edib. Fond əməkdaşaları ehtiyac sahibi ailəyə əvvəlcədən müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.
Yazan Administrator 18.05.20 13:10
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond rəhbərliyinə təşəkkür edilib. Məktubda eyni zamanda bu xeyriyyə işinin gənc nəslin humanist ruhda formalaşmasında nümunə olaraq göstəriləcəyi qeyd edilib.
13.05.20 13:39 ərzində olan dəyişikliklər | Yazan Administrator 13.05.20 12:49
Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları etməyə davam edir. Əvvəlcədən fonda müraciət edən ailələr müəyyən edildikdən sonra qida paketləri fondun əməkdaşları tərəfindən ehtiyac sahibi ailələrə yaşadıqları ünvanlarda təqdim edilib.
Yazan Administrator 23.04.20 17:45
07.04.20 20:11 ərzində olan dəyişikliklər | Yazan Administrator 07.04.20 19:55
Səhifə 7 > 86-dəan