Gəncliyə Yardım Fondu, Light UP Training Platformu və Zərərli Vərdişlərə qarşı içtimai birliyinin təşkilatçılığı ilə "Asılı Olma, Azad ol!" adlı maarifləndirici keçirilib.
Tədbiri Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış sözü ilə açıq elan edərək mövzunun əhəmiyyətindən bəhs edib və qonaqlara öz təşəkkürünü bildirib.
Yazan Administrator 24.12.19 00:00
Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Gəncliyə Yardım Fondu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval- ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.
Yazan Administrator 24.12.19 00:00
14 dekabr tarixində Gəncliyə Yardım Fondunda, BİGA-da qonağımız keçmiş GYF məzunu, Portuqaliyada təhsil almış, İqtisad Universitetinin müəllimi Anar İbrahimov oldu. "Məcburi köçkün düşərgəsindən dünyaya" başlığı ilə çıxış edən qonağımız keçdiyi ağır günlərdən sonrakı uğur yolundakı təcrübələrini tələbələrimizlə bölüşdü. Eyni zamanda gənclərə xaricdə təhsil mövzusunda və bizneslə bağlı öz tövsiyələrini verdi.
07.01.20 10:39 ərzində olan dəyişikliklər | Yazan Administrator 18.12.19 00:00
Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Yazan Administrator 12.12.19 00:00
Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları və Bakı Gənclik Akademiyasının tələbələri iştirak edib.
Yazan Administrator 07.12.19 00:00
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Ağstafa rayonu, Həsənsu kəndində yaşayan və əlillliyi olan 32 yaşlı Əsgərov Anar Əli oğlunu yaşadığı ünvanda ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan 32 yaşlı Əsgərov Anar Əli oğluna əlil arabası təqdim edilib. Məlum olub ki, Anar bəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir.
03.12.19 10:29 ərzində olan dəyişikliklər | Yazan Administrator 03.12.19 10:22
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı)Filialının birgə təşkilatçılığı ilə Bakıda yaşayan imkansız məcburi köçkünlərin və digər kateqoriyadan olan insanların azyaşlı oğul övladları üçün sünnət mərasimi keçirildi.
29.11.19 15:37 ərzində olan dəyişikliklər | Yazan Administrator 29.11.19 10:31
Səhifə 9 > 84-dəan