Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hüseyin Altınalanı ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Hüseyin Altınalan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib.
23.11.19 14:35 ərzində olan dəyişikliklər | Yazan Administrator 23.11.19 14:29
Bu gün Bakı Yunus Əmrə İnsititutunun təşkilatçılığı ilə TRT-nin sabiq əməkdaşı, ssenarist, rejissor və roman yazarı Nadir Doğanın Xəzər Türklərinin tarixi ilə əlaqəli “Togarmanın Çocukları”, “Kuzeye Yolculuk” və “Altın Bozkırlar” adlı tarixi romanlarının tanıtım mərasimi yazarın da iştirakı ilə İnistitutun konfrans zalında həyata keçirilib.
Yazan Administrator 21.11.19 15:09
Bu gün Bakıda keçirilən Dünya Dini Liderlərinin II sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş və rəhbərlik etdiyi nümayəndə heyəti, T.C. Bakı Böyükeliçisi Erkan Özoral, T.C. Bakı Böyükeliçiliyinin Din İşləri müşaviri Zəki Yavuz Yılmaz Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
21.11.19 15:15 ərzində olan dəyişikliklər | Yazan Redaktor 16.11.19 17:12
9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan Gündüzün “Gənclərə Yön Verən Dəyərlərimiz” adlı seminarı baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları , Bakı Gənclik Akademiyasının və müxtəlif universitetlərin tələbələri iştirak edib.
12.11.19 08:37 ərzində olan dəyişikliklər | Yazan Redaktor 09.11.19 12:54
Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib.
12.11.19 08:36 ərzində olan dəyişikliklər | Yazan Redaktor 08.11.19 11:52
Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
07.11.19 13:06 ərzində olan dəyişikliklər | Yazan Administrator 07.11.19 12:42
Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi
Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbində baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, TİKA Bakı Koordinatoru Teoman Tiryaki, T.C. Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Nihat Büyükbaş, Mətbuat Müşaviri Hüseyin Altunalan, məktəbin şagirdləri müəllim heyəti və mətbuat nümayəndələri iştirak edib. Qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə yaxından tanış olub və sinif otaqlarını dərs əsnasında ziyarət ediblər.
25.10.19 11:40 ərzində olan dəyişikliklər | Yazan Redaktor 23.10.19 17:30
Səhifə 10 > 84-dəan