Bu gün 31 mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tədbir keçirilib. Tədbirdə məruzəçi qismində ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, dissertant Taleh Cəfərov çıxış edib. Tədbirdə “Qardaşlığımız Əbədidir” təşkilat komitəsinin nümayəndələri, və müxtəlif universitetlərin tələbələri iştirak edib.
02.04.18 09:47 ərzində olan dəyişikliklər | Yazan Administrator 31.03.18 14:06
XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir.
31.03.18 14:22 ərzində olan dəyişikliklər | Yazan Administrator 31.03.18 14:16
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Afrin bölgəsində qazandığı əzmkar qələbə münasibəti ilə Bakıda Türkiyə səfirliyinin qarşısında aksiya keçirilib.
“Qardaşlığımız Əbədidir” platformunun təşkilatçılığı ilə baş tutan aksiyada platformanın üzvü olan təşkilatlar, Qarabağ qaziləri, şəhid valideynlərindən ibarət izdiham iştirak edib.
31.03.18 14:23 ərzində olan dəyişikliklər | Yazan Administrator 26.03.18 10:14
2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrında “Qəhrəmanlıq Dastanımız” adı altında musiqili-bədii gecə keçirib.
16.03.18 12:25 ərzində olan dəyişikliklər | Yazan Administrator 16.03.18 11:51
2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə ADPU-da “Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib.
16.03.18 12:25 ərzində olan dəyişikliklər | Yazan Administrator 16.03.18 11:24
10.03.2018-ci il tarixində Türkiyəli Millət Vəkili Saadettin Aydın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdən olan tələbələrlə görüşüb. Görüş zamanı tələbələrə maraqlı məlumatlar verən natiq, əsasən mütaliə mədəniyyəti, kitabla rəftar qaydaları və əsas oxumaq formaları haqqında söz açıb.
Yazan Administrator 10.03.18 15:33
Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup millət vəkili Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondunun təhsil, insani yardım və sosial fəaliyyətləri haqqında geniş məlumat verib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK Parti Giresun millət vəkili Adem Tatlı, başçılıq etdiyi qurupun adından Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə yüksək qonaqpərvərliyə və xoş münasibətə görə dərin minnətdarlığını bildirib. Fondun fəaliyyətləri haqqında məlumatlı olduğunu bildirən Adem Tatlı gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
10.03.18 11:53 ərzində olan dəyişikliklər | Yazan Administrator 10.03.18 11:47
Səhifə 2 > 52-dəan