Yüklənir...Bir az gözləyin

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
Tarix: 3 İyun 2010
Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi”adlı beynəlxalq simpozium keçiriləcək. Tarix boyu yaşadığı həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi naliyyətləri və yetişdirdiyi dahi şəxsləri ilə öyünən türk dünyasının tanınmış simalarından bəziləri də Yunus Əmrə və Məhəmməd Füzulidir. Bu gün Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda Atatürk Mərkəzi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) birlikdə hazırladıqları layihə üzrə 10 iyun 2010-cu il saat 10-da Avropa Otelinin Bakı Balroom zalında “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi” adlı beynəlxalq simpozium keçiriləcək.
Layihə çərçivəsində qardaş Türkiyədən Avrasya Yazarlar Birliyinin sədri Yakup Deliömeroğlu, Mərmərə Universitetindən Prof. Dr. Hasan Kamil Yılmaz və Prof. Dr. Mustafa Uzun, Uludağ Universitetindən Prof. Dr. Bilal Kemikli, Gazi Universitetindən Yar. Doç. Dr. Mustafa Tatcı, Azərbaycandan xalq şairləri Məmməd Aslan və Zəlimxan Yaqub, Prof. Dr. Nəsib Göyüşov, Prof. Dr. Azadə Musayeva, Prof. Dr. Maarifə Hacıyeva, Qafqaz Universiteti müəllimi Dr. Mehmet Rıhtım, BİU müəllimi Dr. Mehman İsmayılov, Doç. Dr. Səadət Şıxıyeva və Doç. Dr. Xuraman Hümmətova və digər elm adamları Yunus Əmrədən Məhəmməd Füzuliyə qədər olan yaradıcı insanlar haqqında məlumat verəcək, onların türk ədəbiyyatına təsirləri, türk islam cəmiyyətinin formalaşmasında rolu mövzusunda maraqlı elmi təbliğləri ilə çıxış edəcəklər. Təşkilatçılar simpoziuma təqdim olunmuş məruzələrin xarici dillərə tərcüməsi və nəşrini nəzərdə tutur.