Gəncliyə Yardım Fondu

DİL SEÇİMİ

Azərbaycan dili     İngilis dili

UNUTMA!!!

Unutma

Yardım et!

Bir tələbə də sən oxut

Bir ərzaq paketi də sən ver

HESAB NÖMRƏLƏRİMİZ

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
| TarixTarix: 10 İyun 2010

Bakıda “Yunis Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçirildi           Tarix boyu yaşadığı həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi naliyyətləri və yetişdirdiyi dahi şəxsləri ilə öyünən türk dünyasının tanınmış simalarından bəziləri də Yunus Əmrə və Məhəmməd Füzulidir. Bu gün Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda Atatürk Mərkəzi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) birlikdə hazırladıqları layihə üzrə “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi” adlı beynəlxalq simpozium keçirilmişdir.
           Simpoziumun açılış mərasimində Türkiyə Bakı Böyükelçisinin müstəşarı cənab Nihat Civaner, Mədəniyyət və Turizim Nazirliyi İnformasiya və Reklam sektorunun müdiri cənab Tehran Vəliyev, Millət Vəkili Qənirə Paşayeva çıxış edərək Yunus Əmrə və Məhəmməd Füzulinin xidmətlərindən, onların dövrünün və onlardan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, onların türk dilini, ana dilini yaşatmalarından, onu yüksəklərə qaldırmalarından bəhs etdilər.
           Layihə çərçivəsində qardaş Türkiyə Cumhuriyyəti Mərmərə Universitetindən Prof. Dr. Hasan Kamil Yılmaz və Prof. Dr. Mustafa Uzun, Uludağ Universitetindən Prof. Dr. Bilal Kemikli, Gazi Universitetindən Yar. Doç. Dr. Mustafa Tatcı, Prof. Dr. Nəsib Göyüşov, Prof. Dr. Azadə Musayeva, Prof. Dr. Marifə Hacıyeva, Qafqaz Universiteti müəllimi Dr. Mehmet Rıhtım, BİU müəllimi Dr. Mehman İsmayılov, Doç. Dr. Səadət Şıxıyeva və Doç. Dr. Xuraman Hümmətova və digər elm adamları Yunus Əmrədən Məhəmməd Füzuliyə qədər olan yaradıcı insanlar haqqında məlumat vermiş, onların türk ədəbiyyatına təsirləri, türk islam cəmiyyətinin formalaşmasında rolu mövzusunda maraqlı elmi təbliğləri ilə çıxış etmişdirlər. Təşkilatçılar simpoziuma təqdim olunmuş məruzələrin xarici dillərə tərcüməsi və nəşrini nəzərdə tutur.

Bakıda “Yunis Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçirildi


Bakıda “Yunis Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçirildi


Bakıda “Yunis Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçirildi