Gəncliyə Yardım Fondu

DİL SEÇİMİ

Azərbaycan dili     İngilis dili

UNUTMA!!!

Unutma

Yardım et!

Bir tələbə də sən oxut

Bir ərzaq paketi də sən ver

HESAB NÖMRƏLƏRİMİZ

AzərTürk Bank
Manat Hesabı:
33080111140001
AzərTürk Bank
Valyuta Hesabı:
33180111140001
YapıKredi Bank
Manat Hesabı:
00024619
YapıKredi Bank
Dollar Hesabı:
00024627
YapıKredi Bank
Avro Hesabı:
00294349
| TarixTarix: 14 İyun 2010

“15 İYUN MİLLİ QURTULUŞ” və “20 İYUN ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ” MÜNASİBƏTİ İLƏ TƏŞKİL OLUNMUŞ SÜNNƏT MƏRASİMİ kEÇİRİLİR           Bu gün Gəncliyə Yardım Fondunun əsas fəaliyyət istiqamətlərindən birini də Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış qaçqın və məcburi köçkünlərə, şəhid və aztəminatlı ailələrə və əlillərə humanitar yardımlar təşkil edir. Fond hər il sözügedən fəaliyyətlərlə yanaşı uşaqların milli adət-ənənələrimizə müvafiq olaraq sünnət olunması ilə də məşğul olur. Əsasən qaçqın, məcburi köçkün, şəhid və az təminatlı ailələrin uşaqlarının sünnət olunduğu bu mərasimlərdə bu günə qədər Fond xeyli uşağı sünnət etdirmişdir.
           Bu xeyirxah ənənəsinə sadiq qalaraq Fond bu il də, 15 iyun Milli Qurtuluş və 20 iyun-Beynəlxalq Qaçqınlar Günü münasibətilə iyun ayının 14-15 tarixləri arasında Oğuz rayonunda yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün ailələrin uşaqlarını sünnət etdirməyi nəzərdə tutmuşdur. Aksiyada Oğuz rayonu ərazisində yeni salınmış qəsəblərdən olan 250 məcburi-köçkün uşağı sünnət olunmuşdur.
           Xatırladaq ki, bu ilki sünnət mərasimi Gəncliyə Yardım Fondu, Yunus Əmrə Kültür Vakfı və Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyasının dəstəyi ilə həyata keçirilmişdir.
           Aksiyanin açılış mərasimi 14 iyun 2010-cu il tarixdə saat 10:00-da Oğuz rayonu mərkəzi xəstəxanasında keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Oğuz rayonu İcra hakimiyyətinin başçısı cənab Aydın Əlihüseynov bütün qonaqları salamlayaraq, aksiyanın keçirilməsində göstərdikləri dəstəyə görə Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecimə, Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri cənab Nurəddin Mehdiyevə və Yunus Əmrə Kültür Vakfının həkimlərinə öz minnətdarlığını bildirmişdir. Həmçinin o, vurğulamışdır ki, bu aksiya 20 iyin Beynəlxalq Qaçqınlar Günü ərəfəsində, öz fəaliyyətinə Ulu Öndər Heydər Əliyevin xeyir-duasilə başlayıb və bu gün də Ulu Öndərin dediyi “Bir millət-iki dövlət” fəlsəfəsinə xidmət edərək Azərbaycan-Türkiyə arasındakı dostluq əlaqələrinin inkişaf etdirilməsində öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən Gəncliyə Yardım Fondunun dəstəyi ilə davam etdirilir.
           Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim belə bir aksiyanın keçirilməsi təşəbbüsü ilə çıxış etmiş Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri cənab Nurəddin Mehdiyevə, bu aksiyanın keçirilməsinə böyük dəstək vermiş Oğuz rayon İcra Hakimiyyəti Başçılığına öz təşəkkürünü bildirmişdir.
           Xatırladaq ki, 16.06.2010-cu il tarixində də Goranboy rayonunda 150 məcburi-köçkün və aztəminatlı ailələrin uşağı sünnət olunacaqdır.
           Gəncliyə Yardım Fondunun, Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası və Yunus Əmrə Kültür Vakfının birgə keçirdiyi aksiyada sünnət olunmuş hər bir məcburi köçkün uşağına təşkilatçılar tərəfindən bir dəst geyim və müxtəlif oyuncaqlar hədiyyə edilmişdir.
           Gəncliyə Yardım Fondunun rəhbərliyi bildirir ki, bundan sonra da bu kimi xeyriyyə tədbirlərini davam etdirəcək, Azərbaycanın inkişafına və çiçəklənməsinə öz töhfələrini verəcəkdir.