Bu günlərdə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Bakı şəhərində "15 iyun Milli Qurtuluş" və "20 iyun-Beynəlxalq Qaçqınlar Günü" münasibətilə sünnət mərasimi həyata keçirilmişdir. Əsasən qaçqın, məcburi köçkün, şəhid və az təminatlı ailələrin uşaqlarının sünnət olunduğu bu mərasimdə 25 uşaq pulsuz sünnət olunmuşdur. Onu da xatırladaq ki, Fond 14-16 iyun 2010-cu il tarixlərində də Yunus Əmrə Kültür Vakfı və Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası ilə birgə "15 iyun Milli Qurtuluş" və "20 iyun-Beynəlxalq Qaçqınlar Günü" münasibətilə Oğuz və Goranboy rayonlarında 300 qaçqın, məcburi köçkün, şəhid və az təminatlı ailələrin uşaqlarını sünnət etdirmişdir.







Tarix: 24 İyun 2010