Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

ADPU-da Tələbələrə “Radikalizmin Qurbanı Olma!” Adlı Seminar Keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin  davamı olaraq Azərbaycan Dövlət…
Davamını oxu...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi...‎

Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim…
Davamını oxu...

Ağdamda İftar Süfrəsi Açıldı

15.05.2019-cu il tarixində Gəncliyə Yardım Fondu Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə cəbhə bölgələrindən olan Ağdam rayonunun Quzanlı qəsəbəsində iftar süfrəsi…
Davamını oxu...

Zaqatalada “Radikalizmin Qurbanı Olma!” Devizi Altında Təlim Keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına  davam edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin…
Davamını oxu...

Sosioloq Əhməd Qəşəmoğlu BİG Akademiyasının Gəncləri İlə ‎Görüşüb

PDF faylını alÇapE-poçt

17 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının ‎qonağı tanınmış sosioloq Əhməd Qəşəmoğlu olub.

Elmi konfransda Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin koordinatoru Rüfət Şirinov, BİG Akademiyasının koordinatoru Şükür Əndəlifov, Bakı İstedadlı Gənclər Akademiyasının gəncləroi və digər qonaqlar iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov ‎tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.‎

Əhməd Qəşəmoğlu da öz çıxışında Bakı İstedadlı Gənclər ‎Akademiyasının bütün tələbələrini salamlayıb və akademiyanın ‎fəaliyyətlərini yüksək qiymətləndirib. Tanınmış sosioloq gənclərə “Müasir ‎elmi sistemin uğurları və onun çıxardığı problemlər” haqqında danışıb. ‎Gənclərə elmin yaranma tarixi, müasir elmin gəldiyi səviyyə və elmin ‎inkişafından sonra cəmiyyəti gözləyən problemlər haqqında məlumat verilib. ‎

Seminarın sonunda tələbələr tərəfindən səsləndirilən müxtəlif suallar ‎cavablandırılıb və tələbələrlə birlikdə xatirə şəkli çəkilib. ‎