Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Gəncə şəhərində yaşayan və əlilliyi olan Əfsanə Qurbanovanı və Vahəddin Əsgərovu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil…
Davamını oxu...

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi "Kitabın işığın olsun" müsabiqəsinin mükafatlandırılma mərasimi…
Davamını oxu...

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

     “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
        Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etmişlər. Sonra qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 23-cü ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək &¨çün şəraitin yaradılması məqsədilə baş tutub.
    Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbir iştirakçılarına şəhidlik fəlsəfəsindən danışıb.
    “Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir.
    Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 23 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün Türk dünyasının hüzün günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.
    Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev öz çıxışında vətən yolunda canından keçmiş şəhidlərin heç zaman unudulmayacağını vurğulayıb.
    “Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu hər zaman yad ediləcək. Hər birimizə vətən üçün böyük işlər görmək nəsib olsun”.
Tədbirdə iştirak edən T.C. Bakı Böyükelçiliyinin Mədəniyyət müşaviri Seyid Ahmet Arslan öz çıxışında iki qardaş dövlətin tarix boyu bütün çətin anlarda bir-birinin yanında olmasından və bu gündən sonra da bu birlikdəliyin davamlı olacağından danışıb.    
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib.
    “Dövlət gənclər siyasətinə böyük önəm verir. Dövlətin qüvvəsinin əsas məmbəyi insan kapitalıdır. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edirəm”.
    O, çıxışında müsabiqədə iştirak edən məktəbliləri təbrik edib və gələcək həyatlarında onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən millət vəkilləri Sevinc Hüseynova və Aydın Mirzəzadə də yeni yetişən Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyətlərdən və onlara göstərilən dövlət qayğısından danışıblar.
        Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov mərasimdə  çıxışı zamanı Prezident Administarsiyası tərəfindən 20 yanvar facisəsinin 23-cü ildönümü ilə əlaqədar  keçiriləcək tədbirlər planının hazırlandığını bildirib.
    O, vurğulayıb ki, bu ildə həm  ölkə daxilində həm də ölkə xaricində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə təbliğat xarakterli tədbirlər keçiriləcək.
    “Biz hər birimiz istifadə etdiyimiz internet resursları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu bizim borcumuzdur”, -  deyə o, qeyd edib.
    Sonda 20 yanvar cəmiyyətinin nümayəndəsi Sahib Əliyev müsabiqənin təşkilatçılarına öz minnətdarlığını bildirib.
    Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
    Müsabiqədə müvafiq olaraq fərqlənmiş səkkiz nəfər və  birinci, ikinci və üçüncü yerləri tutmuş Suraxanı rayonundakı 275 nömrəli məktəbin şagirdi Aytac Bağırlı, Xəzər rayonundakı 235 nömrəli məktəbin şagirdi Səbinə Allahverdiyeva və Nərimanov rayonundakı 93 nömrəli məktəbin şagirdi Sonaxanım Zalıyeva təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim edilmişdir.