Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Bakıda Qarabağa xitabən məktub yazan şair anıldı...

Türk dünyasının tanınmış şairlərindən Abdurrahim Karakoçun xatirəsinə “Aşk deyince ötesini arama” adlı böyük ədəbi-bədii gecə keçirilib. Lent.az-ın məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi” tərəfindən təşkil edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyə və Azərbaycan  millət vəkilləri, şairin ailə üzvləri və ziyalılar  iştirak edib.

Ədəbi hissədən əvvəl çıxış edən Qənirə Paşayeva türk dünyası ədəbiyyatında özünəməxsus üslub və dəst-xətti olan Abdurrahim Karakoç poeziyasının vurğunu olduğunu deyib.  “Mihriban” şeiri ilə şairin yaradıcılığına daha da bağlandığını deyən  Qənirə Paşayeva bildirib ki,  ona  şairlə sağlığında  görüşmək qisməti olduğu üçün çox xoşbəxtdir: “Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Onun yaradıcılığını izləyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri  ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı. O, həyata əlvida desə də, bizlərə və eləcə də bundan sonra yetişən türk gəncliyinə dəyərli əsərlərini buraxdı.”