Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

Şair Məmməd Aslanla Vida Mərasimi Keçirildi

Azərbaycan şairi, əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan bu gün dünyasını dəyişib.. Qeyd edək ki, Məmməd Aslan uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib.  Mərhumla vida mərasimi sentyabrın 23-də saat 11-12 radələrində "Göy Məscid"də keçirilib. Dəfn mərasimində şairin doğmaları, qələm dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleradio Şirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilib (2000).

Bir daha Gəncliyə Yardım Fondunun kollektivi adından mərhumun əzizlərinə başsağlığı verir və dahi şairimizə Allahda rəhmət diləyirik!