Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF-də Mədəniyyətimizdə Xeyriyyəçilik adlı tədbir keçirildi

altGəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə 14.05.2016-ci il tarixində “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə Türkiyə Cumhuriyyəti “Aziz Mahmud Hüdayi” vəqfindən Loğman Helvacı və Şuayb Başhan gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondu Təhsil Şöbəsinin rəhbəri İbrahim Erol qonaqlar haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında qonaqlarımıza məlumat verdi.

“İslamda xeyriyyəçilik, Afrika və Balkanlar örnəyi” mövzusunda tələbələrimizə konfrans verən qonaqlarımızdan ilk olaraq Şuayb Başhan bəy danışdı. İslamda xeyriyyəçiliyin yeri, Azərbaycanda və Türkiyədə xeyriyyəçilik ənənələri haqqında bildiklərini gənclərimizlə bölüşdü.

Digər qonağımız Loğman Helvacı isə “Aziz Mahmud Hüdayi” vəqfinin Türkiyədən kənarda olan insani yardımları, xeyriyyəçilik fəaliyyətləri haqqında slayd vasitəsilə görüntülü olaraq tələbələrimizə geniş məlumatlar verdi. Qanada uzun illər məscid yeri kimi ayrılan amma tikilməsi mümkün olmayan yer üçün “Aziz Mahmud Hüdayi” vəqfinin nümayəndələri müraciət etdiyində  oranın ruhani başçısınn “Siz mənim qəbul olan duamsız, indiyə qədər haradaydınız?!” - deməsi  tələbələrimizin gözlərini yaşartdı.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.

alt

 

alt

alt

alt

alt