Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak…
Davamını oxu...

Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı

alt29 oktyabr 2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsinə yenidən strat verilib. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev ötən ilki layihə haqqında və bu il layihə çərçivəsində gənclərimizi gözləyən yeniliklər barədə məlumat verdi.

Daha sonra söz layihə çərçivəsində təşkil olunan konfransa dəvət edilmiş Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim bəyə verildi. Ahmet bəy, Azərbaycan gəncliyinə yönəlmiş dövlət qayğısından və fondun gənclər sahəsində gördüyü işlərdən, dövlətimizin uğurlu gələcəyi üçün gənclərin qarşısında duran prioritet vəzifələrdən danışıb. 

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminar və konfranslar veriləcəkdir.

alt

alt

alt