Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

“Heydər Əliyev və Müstəqil Azərbaycan” Mövzusunda Konfrans Və İnşa Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib

5 May 2017-ci il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbir açıq elan olunduqdan sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video rolik tədbir iştirakçılarına təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutduğunu xüsusi olaraq qeyd edib.

Gəncliyə yardım Fondunun prezidenti Ahmet Tecim ilkin olaraq iştirakçılara uğurlara arzulayaraq hər bir iştirakçının qalib olduğunu qeyd edib. Natiq öz çıxışı zamanı Heydər Əliyevin gənclərə verdiyi dəyərdən söz açaraq gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlət üçün önəmli olduğunu vurğulayıb.

Prezident Admistrasiyasının əməkdaşı Rasim Mirzəyev çıxış edərək Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini qeyd edib.

Millət Vəkili Qənirə Paşayeva da   çıxışı zamanı Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətin gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etdiyini vurğulayıb.

İştirak etmiş məktəblilərə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılıb.

Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş şagirdlər müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olunub. Nəticələrə görə I yerə Nigar Eyvazzadə (Xətai rayonu 261 saylı orta məktəb), II yerə Günel Mirzəzadə (Suraxanı rayonu 89 saylı orta məktəb), III yerə isə Samirə Hacıyeva (Nizami rayonu  62 saylı orta məktəb) layiq görülüb.