Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Tədris Korpusumuz Yenilənərək Tələbələrin İstifadəsinə Verildi

Gəncliyə Yardım Fondunun Mərkəz binasında fəaliyyət göstərən GYF Dil Kurslarının sinif otaqları Türk İşbirliyi və Kordinasya Agentliyi Nazirliyinin (TİKA) dəstəyi ilə müasir dizayna uyğun olaraq təmir edilib və ən müasir  texnoloji qurğularla təchiz edilərək  kurslardan istifadə edən tələbələrin istifadəsinə verilib. Binanın təmirdən sonrakı açılış mərasimində TİKA Orta Asiya və Qafqaz Bölgəsinin Başqanı Ali Özgün Öztürk, TİKA Bakı Koordinatoru Adem Urfa, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Türkiyə mətbuatının əməkdaşları, dövlət və qeyri-hökümət nümayəndələri iştirak edib. Qonaqlar sinif otaqlarında yaradılmış imkanlar və müasir qurğularla yaxından tanış olub. Kurs rəhbərliyi tərəfindən qonaqlara kursda keçirilən dərslər, tələbələrin sayı və istifadə olunan tədris vəsaitləri haqqında geniş məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov və Türkiyə Cümhuriyyətində 15 iyul dövlət çevrilişinə cəhd hadisələrində qəhrəmancasına şəhid olmuş Ömer Halis Demirin  adının əbədiləşdirilməsi və gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə təmir olunmuş iki sinif otağına şəhidlərimizin adı verilmişdir. Təşkilatçıların bu təşəbbüsü qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Daha sonra qonaqlar fondun digər şöbələri ilə yaxından tanış olub və TİKA Bakı Koordinatorluğunun təşkilatçılığı ilə açılan iftar süfrəsində iştirak ediblər. İftar süfrəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələr iştirak edib.  Tələbələrin qarşısında çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim  gənclərin qarşısında duran ən əsas vəzifələrindən birini xatırladaraq, onların gələcəkdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və mədəni əlaqələrin gücləndirilməsində müstəsna rol oynayacaq bir mədəniyyət körpüsü olacaqlarına inandığını bildirib.

Daha sonra TİKA Orta Asiya və Qafqaz Bölgəsinin Başqanı Ali Özgün Öztürk və Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək fondun fəaliyyətinə uğurlar arzulayıb və gənclərə öz tövsiyələrini veriblər.