Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF “Ümid Yeri”-nin Ümidi Oldu

27.09.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları "Ümid Yeri" uşaq sığınacağını ziyarət edib. Sığınacaqda qalan uşaqların həyat tərzi ilə maraqlanan fondun əməkdaşları onlar üçün yaradılan şəraitlə yaxından tanış olub. "Ümid Yeri" uşaq sığınacağının rəhbəri Nigar Mənsimli qonaqlara ətraflı məlumat verərək, altmışa yaxın uşağın burda məskunlaşdığını qeyd edib. "Ümid Yeri" nə daxil olan hər bir uşaq həkim müayinəsindən keçirildiyini, sosial - psixoloji adaptasiyaya cəlb edildiyini və sonra müxtəlif təhsil müəssisələrində yerləşdirildiyini vurğulayıb. O,cümlədən musiqi, rəqs, ifa etmək qabiliyyəti aşkarlanmış uşaqların ixtisas məktəblərində təhsil almalarına kömək göstərilir. O, sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatına məruz qalmış uşaqlar üçün göstərilən diqqət və qayğıya görə fondun əməkdaşlarına, o cümlədən  fond rəhbəri Ahmet Tecimə xüsusi təşəkkürünü bildirib.

"Ümid Yeri" uşaq sığınacağına Gəncliyə Yardım Fondu tərəfindən ərzaq bağlamaları təqdim edilib. O, cümlədən uşaqlar üçün nağıl kitabları və jurnallar da sığınacağa hədiyyə edilib.

Qeyd edək ki, "Ümid Yeri" uşaq sığınacağı 1997-ci ildən fəaliyyət göstərir və bu günə kimi 5000-ə yaxın kimsəsiz azyaşlı uşağın xilaskarı olub.