Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Elxan Elatlı GYF-də Gənclərlə Görüşüb

Bu gün GYF Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlı (Elxan Əbdürrəhman oğlu Osmanov) Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan gənclərlə görüş keçirib.

Görüşdə Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov, Gəncliyə Yardım Fondunun Mətbuat Şöbəsinin müdiri Eldar Kərimov, Mühasibatlıq şöbəsinin əməkdaşı Həsən Rəşidov, gənc yazarlar və fəal gənclər iştirak edib.

Bakı Gənclik Akademiyasının məsul şəxsi Şükür Əndəlifov qonağı salamlayaraq,  gənclərlə görüşü qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib. 

Daha sonra çıxış edən Elxan Elatlı mütəmadi olaraq gənclərlə görüşdüyünü vurğulayaraq, bu gün də burada gənclərlə görüşündən məmnunluğunu bildirib. Müəllifi olduğu “Cəhənnəmdən Gələn Səs” adlı kitabı müzakirə edərək kitab haqqında gənclərə ətraflı məlumat verərərək kitabı yazma səbəbindən söz açıb. Detektiv romanlar müəllifi olan Elxan Elatlı "Cəhənnəmdən gələn səs" romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs edib.

Görüşün sonunda geniş oxucu kütləsinin suallarını cavablandıraraq sonda oxucuların kitabını imzalayıb. Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkili çəkilib.