Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Xəzər Universitetində Qafqaz İslam Ordusuna Həsr ‎Olunmuş Tədbir Keçirilib ‎

Xəzər Universitetində Bakının işğaldan azad olunmasının 100 illik yubileyinə həsr olunmuş tədbir ‎keçirilib.‎ Bu gün Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  keçirilən tədbirdə Xəzər universitetinin rektoru, Türkiyə və ‎Azərbaycan elm adamları,…
Davamını oxu...

YTB-nin Sədr Müavini Sayit Yusuf GYF-nin Qonağı Olub

Bu gün Azərbaycanda işgüzar səfərdə olan Yurtdışı Türkler ve ‎Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf və ‎Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının Azərbaycan ‎üzrə koodinatoru Gürkan Polat Gəncliyə…
Davamını oxu...

Qazqaz İslam Ordusunun 100 İlliyi İlə Əlaqədar Elmi Praktiki ‎Konfrans Keçirilib

15.09.2018-ci tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə təşkil etdiyi "Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik…
Davamını oxu...

Azərbaycanda Şəhid Türk Əsgərinin Şərəfinə Abidə Ucaldıldı

Bu gün Qobustan rayonu Acıdərə türk şəhidliyində 1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər qəzaların daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə…
Davamını oxu...

GYF-nin Vitse-Prezidenti “Vətənpərvərlik İşində ‎Xidmətlərinə Görə” Medalı ilə Təltif Edilib

26.06.2018-ci il tarixində Azərbaycan Milli Ordusunun ‎yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan QMƏVŞAİB-in ‎konfrans zalında tədbir keçirilib. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev, Azərbaycan ‎Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ‎Xidmətinin şöbə rəisi Əjdər Babazadə, Azərbaycan Respublikası ‎Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, ‎Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev KİV ‎nümayəndələri ictimai birliyin filial sədrləri və fəal üzvləri iştirak edib.‎

Tədbirdə çıxış edənlər torpaqlarımızın azad olunması uğrunda ‎canını, sağlamlığını itirmiş Vətən oğullarına qarşı maddi və mənəvi ‎qayğı hər zaman dövlət rəhbərimizin  diqqət mərkəzində olduğunu, ‎Azərbaycan Ordusu dünyanın ən güclü orduları sıralarında olduğunu ‎qeyd ediblər. Həm hərbi texnika, döyüş qabiliyyəti baxımından, həm ‎də mənəvi-psixoloji durum nöqteyi-nəzərincə Azərbaycan əsgəri ‎düşmənin bütün həmlələrini susdurmağa, torpaqlarımızı hərb yolu ilə ‎azad etməyə qadir olduğu vurğulanıb.‎

Tədbirin sonun da Gəncliə Yardım Fondunun vitse-prezidenti ‎Salman Əliyev Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və ‎Şəhid Ailələri ictimai birliyinin təsis etdiyi  “Vətənpərvərlik işində ‎xidmətlərinə görə” medalı ilə təltif edilib.‎