Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Gənclər Təşkilatlarının V Respublika Sərgisində Fəal Təmsil Olunub

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb. Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov,…
Davamını oxu...

‎“Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” – Kitabının Təqdimat Mərasimi Keçirilib

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Cümhuriyyət tarixinin tədqiqatçısı Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” kitabının təqdimat mərasimində iştirak edib. Türkiyənin Bakıdakı səfirliyində təşkil olunan mərasimdə qardaş ölkənin səfiri…
Davamını oxu...

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil…
Davamını oxu...

GYF-də Gənclərə “İş Axtarmaq Özü Belə Bir İşdir” Mövzusunda Təlim ‎Keçirilib

03 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının qonağı  İnsan Resusları üzrə mütəxəssiz, təlimçi Namiq Məmmədov olub. Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov tədbiri açıq elan edərək…
Davamını oxu...

Türkiyədən Gələn Tələbə Gənclərin Ziyarəti Davam edir…

"100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir.

Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Türkiyədən gələn gənc tələbələr Quba soyqırım məzarlığını da ziyarət ediblər. Layihə iştirakçıları Quba Soyqırım Memorial Kompleksdə yaradılmış muzeylə də tanış olublar. Qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib.

Eyni zamanda tələbələr bu gün Bakı Şəhər Gənclər İdman Baş İdarəsində olub və İdarənin rəis müavini Aydın Yusifovla görüşüblər. Görüş əsnasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək rəhbərlik etdiyi idarənin Nərimanov rayonunda yerləşən universitet tələbələri ilə yaxından əməkdaşlıq etdiyini deyib və qonaq tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlığa dəvət edib. Görüşün sonunda  Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, bu fəaliyyətlər Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən “100 İllik Əmanət” layihəsi çərçivəsində həyata keçirilir.