Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Bakı İstedadlı Gənclər Akademiyasında Uğurlu Kariyera Seminarı Keçirildi

27 oktyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının qonağı İxtisasca cərrah olan təlimçi, spiker və eyni zamanda biznesmen Elvir İsmayılov olub.

Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.

Elvir İsmayılov da öz çıxışında Bakı İstedadlı Gənclər Akademiyasının bütün tələbələrini salamlayıb və akademiyanın fəaliyyətlərini yüksək qiymətləndirib. Daha sonra qonaq tələbələrə “hər bir başlanğıcın bir addım atmaq qədər asan olduğunu ancaq güclü iradə tələb etdiyini bildirib. Cəmiyyətimizdə neqativ fikirli insanların həyatımıza verə biləcəyi zərbələrin illər sonra əziyyətini çəkənlərin az olmadığınıda vurğulayıb. Hər bir şey istməkdən aslıdır. Əgər niyyətimiz təmiz və sağlamdırsa o zaman görəcəyimiz işdən həm özümüz həmdə ətrafımızdakılar faydalancaqdır. Bir söz insanı dəyişər, insan da həyatı dəyişər. Əgər dəyiş­diyimiz­də daşıdığımız kimlik və mənsubiyyəti düzgün təmsil edə bilmiriksə o zaman ətrafımızda olan insanslara özümüz və başqaları haqqıqda mənfi fikir düşüncəsi formalaşdırırıq”.

Tədbirin sonunda tələbələr tərəfindən suallar ünvanlanıb və ətraflı şəkildə Elvir bəy tərəfindən cavablandırılıb. Sonra öz dəyərli vaxtından ayırıb gəlib belə bir seminarın məruzəçisi olduğu üçün təşkilat tərəfindən hədiyyə təqdim edilib.