Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF Nümayəndələri “Nargin Faciəsi” Tamaşasında İştirak Edib

altOktyabrın 24-də Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dram tamaşası Bakı Bələdiyyə Teatrında təqdim olunub.

Tamaşa Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) dəstəyi ilə ərsəyə gəlib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, mədəniyyət, incəsənət, elm və ictimaiyyətin nümayəndələri tamaşaya baxıblar.

Tədbirdə Xalq artisti Amaliya Pənahova çıxış edərək Azərbaycan-Türkiyə dostluğundan bəhs edib, tamaşa haqqında məlumat verib.

“Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.

1914-1915-ci illərdən bəhs edən videoçarxın nümayişindən sonra tamaşa təqdim olunub.

Tamaşanın bədii rəhbəri Xalq artisti Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.

Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

alt

alt

alt

alt

alt

alt