Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Təhsil Şöbəmizin Əməkdaşlarına Beynəlxalq Sertifikat Təqdim Edildi

Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçirilib. Gəncliyə Yardım Fondu təhsil şöbəsinin nümayəndələri Rüfət Şirinov və Rəşad Manafov beynəlxalq sertifikat əldə ediblər.


Konfrans Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və Study in Azerbaijan şirkətinin dəstəyi ilə baş tutub.

Konfrasın açılışında Prezident Yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, San-Diego Dövlət Universitetinin professoru Pietera Fraser, Wollongong Universitetinin Prezidenti professor Mohammed Salam, Türkiyədə fəaliyyət göstrərən Oxur-Yazar Dərnəyinin sədri, yazıçı və təhsil eksperti Sərkan Erkmən, tanınmış İKT mütəxəssisi Onur Ünsalan və.s natiqlər mühazirə ilə çıxış edib və təqdimatlar ediblər. 

Odlar Yurdu universitetində keçirilən konfransın əsas məqsədi ölkəmizdə və dünyada təhsil sektorunda baş verən yeniliklər, gələcəkdə təhsil sektorunda gözlənilən yeniliklər, müasir informasiya texnalogiyalarının təhsildə tətbiqi, ümumdünyanı gözləyən yeni strategjiyalardır. Xaricdən konfransa qatılan qonaqlar ölkəmizdə fəaliyyət göstərən təhsil işçiləri ilə öz fikirlərini bölüşüb, qarşılıqlı olaraq təcrübənin tətbiqi və öyrənilməsinə dair fikir mübadiləsi aparıblar. Konfrans zamanı Azərbaycanda son illərdə aparılan uğurlu təhsil strategiyası və bu sahədə həyata keçirilən islahatlar müzakirə olunub. 

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları, tələbələr, QHT nümayəndələri, KİV təmsilçiləri və təhsilə marağı olanlar iştrak edib. 

Konfrans iştrakçılarına sonda beynəlxalq sertifkat verilib.