Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Gənclərimiz Tarixinə Sahib Çıxır

“100 İllik Əmanət” Layihəsi Uğurla Davam Edir.

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən, “100 İllik Əmanət” layihəsi çərçivəsində Bakıda yerləşən orta məktəblərdə Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş maarifləndirci tədbirlər davam edir. Bu dəfəki maarifləndirici tədbir Bakı Türk Anadolu Liseyində baş tutub.

Tədbirdə liseyin müəllim və şagird heyəti iştirak edib.  Uşaq ədəbiyyatı yazarı və eyni zamanda Qardaşlıq Dastanı və Nuru Paşa kitabının müəllifi Əziz Sultanov şagirdlər qarşısında çışıx edərək şagirdlərə yüz il öncə yaşanmış qardaşlıq dastanından və Nuru Paşanın şücaətindən danışıb. Natiq öz çıxışında gənclərə tarixi həqiqətləri çatdırıb, onlara tarixi keçmişimizi yaxşı öyrənərək gələcəyə mətin addımlarla yürüməyi tövsiyə edib.

Lisey rəhbərliyi həyata keçirilən layihənin əhəmiyyətindən bəhs edərək Gəncliyə Yardım Fondunun bu təşəbbüsünü yüksək qiymətləndirb. Yetişməkdə olan gənclərin öz tarixlərini daha dərindən öyrənməsinin və gələcəkdə öz milli kimliyinin sahib çıxmasının zəruri olduğunu qeyd edib.

Tədbirin sonunda şagirdlərə Gəncliyə Yardım Fondu tərəfindən hazırlanmış Qardaşlıq Dastanı və Nuru Paşa kitabı, Qafqaz İslam Ordusu Xilasgar Ordu not dəftəri və qələm hədiyyə edilib.

Qeyd edək ki, “100 İllik Əmanət” layihəsi çərçivəsində 149 saylı Ağdam köçkün məktəbində də  bu tipli maarifləndirici seminarlar keçirilmişdir.