Warning: fopen(/home/content/40/4510640/html/images/stories/thumbs/externallink/dyrsfr 2.jpg) [function.fopen]: failed to open stream: No such file or directory in /home/content/40/4510640/html/modules/mod_jv_headline/helper.php on line 339

Warning: curl_setopt(): supplied argument is not a valid File-Handle resource in /home/content/40/4510640/html/modules/mod_jv_headline/helper.php on line 340
404 Not Found

Not Found

The requested URL /en/images/stories/2019/dyrsfr was not found on this server.

Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.


Apache Server at gyf.org.az Port 80

Warning: fclose(): supplied argument is not a valid stream resource in /home/content/40/4510640/html/modules/mod_jv_headline/helper.php on line 344
JV Image ERROR: File not found: images/stories/thumbs/externallink/dyrsfr 2.jpg
Warning: fopen(/home/content/40/4510640/html/images/stories/thumbs/externallink/dyrsfr 2.jpg) [function.fopen]: failed to open stream: No such file or directory in /home/content/40/4510640/html/modules/mod_jv_headline/helper.php on line 339

Warning: curl_setopt(): supplied argument is not a valid File-Handle resource in /home/content/40/4510640/html/modules/mod_jv_headline/helper.php on line 340
404 Not Found

Not Found

The requested URL /en/images/stories/2019/dyrsfr was not found on this server.

Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.


Apache Server at gyf.org.az Port 80

Warning: fclose(): supplied argument is not a valid stream resource in /home/content/40/4510640/html/modules/mod_jv_headline/helper.php on line 344
JV Image ERROR: File not found: images/stories/thumbs/externallink/dyrsfr 2.jpg
Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
GYF-Nümayəndələri "Dəyərlərimiz-Sərvətimiz, ‎Gələcəyimizdir” Müsabiqəsinin Mükafatlandırma ‎Mərasimində İştirak Edib
banner
banner
banner

GYF-Nümayəndələri "Dəyərlərimiz-Sərvətimiz, ‎Gələcəyimizdir” Müsabiqəsinin Mükafatlandırma ‎Mərasimində İştirak Edib

Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” adlı layihənin birinci mərhələsi yekunlaşıb. “Dəyərlərimizlə gələcəyimizi qoruyaq” şüarı ilə keçirilən layihənin hədəf…
Davamını oxu...

GYF-də “Zəfər Anı” Qeyd Edildi ‎

10 aprel tarixində Gəncliyə Yardım Fondunda müxtəlif‎ universitetlərdə təhsil alan istedadlı gənclərin, o cümlədən Bakı İstedadlı Gənclər Akademiyasının tələbələrinin “Aprel Döyüşləri” qaziləri ilə görüşləri baş tutub. “Zəfər Anı” adı altında baş tutan…
Davamını oxu...

Ehtiyac Sahibi Ailələr Unudulmadı

Gəncliyə Yardım Fondu hər ay olduğu kimi bu ay da ehtiyac sahibi ailələri unutmayıb. İlin əvvəlindən ‎etibarən fonda müraciət etmiş və nəzarət-təftiş komissiyasının təsdiqlədiyi ailələr öz ünvanlarında ziyarət ‎edilib və…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

‎09.04.2019-cu il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı şəhəri Sabunçu rayonunda ‎I qrup əlilliyi olan Gözəlova Nailə Qədəş qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

GYF-də “Dilimiz Mənəvi Dəyərimizdir” Adlı Tədbir Keçirilib

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Dilimiz mənəvi dəyərimizdir – dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək” adlı treninq-seminar keçirib

Oktyabrın 31-də Gəncliyə Yardım Fondunda “Dəyər”Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilati dəstəyi ilə “Dilimiz mənəvi dəyərimizdir – dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək ” adlı treninq-seminar keçirib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, tarix üzrə fəlsəfə doktoru, ilahiyyatçı Abbas Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, Gəncliyə Yardım Fondunun nümayəndəsi Şahalı Cəlilov və din xadimləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan “Dəyər”Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Dilimiz məvəvi dəyərimizdir-dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək “ adlı layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Onun dediyinə görə, dini mətn və moizələr vasitəsilə yayılan yad təsirlər dini durumla yanaşı, həm də mənəvi dəyərimiz olan Azərbaycan dilinə, ümumiyyətlə azərbaycançılıq məfkurəsinə ideoloji zəmində təhdid yaradır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, dil hər bir xalqın kimliyi, milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur: “Dil millətin kimliyidir, xalqın özünü təsdiqinin ifadəsidir, Azərbaycan dili dünyanın ən öndə gedən, qədim, zəngin dillərindən biridir. Biz dilimizi qorumalıyıq. Dilin keşiyində durmaq təkcə dilçilərin işi deyil, bu işi hamımız görməliyik . Ana dilini qorumaq, düzgün danışmaq hamımızın borcudur. Ana dili millətin pasportudur. Ana dili deyəndə bizim yazılı və şifahi ədəbiyyatımızın dili, üslublarımız, ədəbi dilimiz, yəni ümumilikdə Azərbaycan dili nəzərdə tutulur. Azərbaycan Respublikasının dövlət dili, bizim də ana dilimiz Azərbaycan dilidir. Hər bir xalq ana dili ilə tanınır, dövlət atributlarından biri də ana dilidir”. Onun dediyinə görə,Azərbaycan dili ahəngdarlığına, səlisliyinə görə rus və fars dilindən üstündür. Bizim dilimizdə olan 9 sait o dillərin heç birində yoxdur. Dilin səlisliyi dildəki saitlərlə ölçülür». deyə alim bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib ki, dil xalqın əsas mənəvi dayaqlarından biri, cəmiyyətin aynası, əsas kimliyidir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb.

Tarix üzrə fəlsəfə doktoru, ilahiyyatçı Abbas Qurbanov isə bildirib ki, bir millətin və dövlətin varlığı və təməlləri tarix, mədəniyyət, ədəbiyyat-dil və din üzərində bərqərar olur. Yəni bu dəyərlər o millətin və dövlətin varlıq səbəbləri və onun genefonunu meydana gətirən əsas mayalardır. Tarixən düşmənlər də bu təməlləri sarsıtmağa və oradan öz təsirlərini etməyə çalışırlar:“Hər birimiz yaxşı bilirik ki, milli mənəvi dəyərlərin əsasında dil, din və xalqımızın min illər ərzində qazandığı adət-ənənələr dayanmaqdadır.

Gəncliyə Yardım Fondunun nümayəndəsi Şahəli Cəlilov qeyd edib ki,"Gəncliyə Yardım Fondu" könüllü ictimai cəmiyyət olub, müharibədən zərər görən gənclərə və ailələrinə maddi və mənəvi kömək göstərmək məqsədilə yaradılıb. Gəncliyə Yаrdım Fоndunun mərкəzində оlаn 7000-dən аrtıq müхtəlif kitаb və ədəbi əsərin yеr аldıı böyüк kitаbхаnа gənclərin istifаdəsinə vеrilib, bundаn əlаvə bu vidео və аudiо mаtеriаllаrın istifаdə еdilməsində gənclərə köməklik еdir.