Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Tələbələrin Məşhurlarla Görüşü Davam Edir

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində ‎ Türkiyə Cümhuriyyəti Consullent Təhsil və Konsultasiya Mərdkəzinin direktoru, tanınmış fərdi inkişaf mütəxəssisi…
Davamını oxu...

Gənclər “Xocalı Faciəsini Unutma!”dı

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XXVII il dönümünə həsr olunmuş “Xocalını Soyqırımını Unutma” mövzusunda keçirilən inşa…
Davamını oxu...

GYF İstedadlı Gənclərə Dəstək Olmağa Davam Edir

Fevralın 16-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən kitabın – gənc şair Vasif Zöhraboğlunun "Natamam təklik" şeirlər kitabının…
Davamını oxu...

GYF-də Gənc Ailələr Üçün Maraqlı Seminar Keçirilib

“Gül” Körpələr Evi və Uşaq Bağçasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Uşaq tərbiyəsində ideal ata-ana olmaq” mövzusunda maarifləndirici seminar keçirilib.  Uşaq sahibi olan valideyinlər və uşaqlarla işləyən mütəxəssislər üçün nəzərdə…
Davamını oxu...

‎“Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” – Kitabının Təqdimat Mərasimi Keçirilib

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Cümhuriyyət tarixinin tədqiqatçısı Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” kitabının təqdimat mərasimində iştirak edib.

Türkiyənin Bakıdakı səfirliyində təşkil olunan mərasimdə qardaş ölkənin səfiri Erkan Özoral, sözügedən kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin səfiri Erkan Özoral “Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” kitabının nəşrini yüksək qiymətləndirərək, müəllifin bu işi ərsəyə gətirmək üçün böyük səylər göstərdiyini vurğulayıb:

“Bakının işğaldan azad olunmasının yüz illiyini iki qardaş ölkənin silahlı qüvvələri və prezidentləri birlikdə, çiyin-çiyinə qeyd etdilər. Azərbaycan xalqı buradakı Türk Şəhidliklərinin qorunması üçün əlindən gələni edib.

Qafqaz İslam Ordusunun qoyduğu izlərin üzə çıxarılması üçün Nəsiman bəyin necə səy göstərdiyini bilirəm. İnanıram ki, bu araşdırmalar davam etdiriləcək və Qafqaz İslam Ordusu ilə bağlı yeni-yeni bilgilər aşkara çıxarılacaq”.

Təqdim olunan kitabın müəllifi Nəsiman Yaqublu isə öz növbəsində kitabın nəşrinə və tədbirin təşkilinə verdiyi dəstəyə görə Erkan Özorala minnətdarlığını bildirib:

“Bu kitabın hazırlanmasında bir məqsədimiz olub: Sovetlər Birliyindən sonra millətə, xalqa gerçək tarix haqqında məlumat vermək. Mənim bütün fəaliyyətimin əsas məqsədi insanların sovet şüurunu dəyişmək və onlara həqiqi tarixi çatdırmaqdır. İnsanların şüurunun dəyişməsində əsas rolu tarix oynayır”.