Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

İrfan Jurnalı “Ən Gözəl İnsanı” Anlatdı

altGəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Peyğəmbərimiz Hz.Muhammədin (s.ə.s) mübarək Mövlud günü ilə əlaqədar olaraq İrfan İctimai Fikir jurnalının kollektivi tərəfindən “Ən Gözəl İnsan-Hz. Muhamməd (s.ə.s) adlı tədbir həyata keçirilib. Keçirilən tədbirdə Türkiyədən gələn qonaqlar, Şırnak Universitetinin Dosenti İbrahim Baz və Rəcəb Tayyib Ərdoğan Universitetinin müəllimləri İbrahim Erol və Abdulrahman Acer də iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə İrfan Jurnalının baş redaktoru  Nurlan Məmmədzadənin müqəddəs məkanları özündə əks etdirən foto-sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan İrfan İctimai Fikir jurnalının baş redaktoru Nurlan Məmmədzadə bu günün fəzilətindən qısa olaraq danışıb və ürək sözlərini söyləməsi üçün qonaqlara söz verib.

İlk olaraq Bakı İslam Universitetinin müəllimi Anar Qurbanov  öz çıxışında Hz. Peyğəmbərin Əhli Kitabla Münasibəti haqqında danışıb. O qeyd edib ki, Hz. Peyğəmbərin gəlişinə qədər Ərəb yarımadasındakı qəbilələr və dini qruplar arasında davamlı müharibə və çəkişmə olduğu halda Hz. Peyğəmbərin gəlişindən sonra onlar arasında sülh və tolerantlıq hökm sürmüşdür.

Daha sonra çıxış edən Türkiyə Cumhuriyyəti Rəcəb Tayyib Ərdoğan Universitetinin müəllimi İbrahim Erol son zamanlar Hz.Peyğəmbərin (s.ə.s) nümunəvi həyatına və prinsiplərinə kölgə salmaq istəyən mənfur din düşmənlərinin qərəzli mövqelərini qınayıb. O, öz çıxışında qeyd edib ki, Peyğəmbərin (s.ə.s) vəzifəsi Quranı sadəcə bizlərə çatdırmaqla yekunlaşmayıb, eyni zamanda onun nümunəvi həyat tərzi bizim həyat yollarımızı nurlandıracaq bir qəndildir.

 Panel üslubunda keçirilən tədbirdə çıxış edən Şırnak  Universitetinin Dosenti İbrahim Baz da Peyğəmbər (s.ə.s)  Əfəndimizin  nümunəvi ailə başçısı, əladəltli idarəçi və gənclərə doğru yolu göstərən liderlik vəsflərindən danışıb.

Tədbirin sonunda ürək sözlərini söyləməsi üçün Gəncilə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edib. Natiq öz çıxışı zamanı tədbirə təşrif buyuran hər kəsə öz minnətdarlığını bildirib. Belə gözəl bir tədbiri təşkil etdiyi üçün hər kəsə təşəkkür edib.

Mövlüd tədbirinin sonunda tədbirə gələn qonaqlara İrfan jurnalları və kitablar hədiyyə edilib.

alt

alt

alt

alt

alt

alt

 

alt

 

alt