Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Məşhur Yazıçı Elxan Elatlı GYF-də İstedadlı Gənclərlə Görüşüb

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın milli bestseller müəllifi olan məşhur yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlının Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.

Görüşdə Bakı İsteadadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov, Gəncliyə Yardım Fondunun Təhsil Koordinatoru Rüfət Şirinov, gənc yazarlar və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şükür Əndəlifov qonağı salamlayaraq,  gənclərlə görüşü qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.

Daha sonra çıxış edən Elxan Elatlı mütəmadi olaraq gənclərlə görüşdüyünü vurğulayaraq, bu gün də burada gənclərlə görüşündən məmnunluğunu bildirib. Görüş əsnasında müəllifin ən son nəşr edilən “Eksperiment” adlı romanı müzakirə edilib.  Müəllif kitabın yazılma səbəbbindən və əhatə etdiyi mövzuların əhəmiyyətindən danışıb.

Görüşün sonunda geniş oxucu kütləsinin suallarını cavablandırıb və oxucuların kitabını imzalayıb. Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkili çəkilib.

Qeyd edək ki, bu ilin əvvəlində detektiv romanlar müəllifi olan Elxan Elatlının  XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs edən “Cəhənnəmdən gələn səs" romanı da Gəncliyə Yardım Fondunda gənclərə təqdim edilib və müəlliflə imza günü təşkil edilib.