Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, "İnsan və Real", "Qatılım İqtisadiyyatı", "Yüksəliş", "Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası" kitablarının müəllifi…
Davamını oxu...

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

‎“Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupu GYF-nin Qonağı Olub

Bu gün “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun üzvləri və könüllüləri Gəncliyə Yardım Fondunun qonağı olub. GYF-nin Ömər Halis Demir adına seminar salonunda keçirilən görüşdə Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr Şöbəsinin müdiri Eldar Kərimov qonaqları salamlayıb və qrup üzvü olan uşaqlara fondun gənclərlə bağlı fəaliyyətləri haqqında məlumat verib.  Daha sonra uşaqlar fondun fəaliyyətlərini özündə əks etdirən video roliki izləyiblər.

 “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun rəhbəri Xalid Musayev qrup üzvləri haqqında məlumat verib və onları qəbul etdikləri üçün fond rəhbərliyinə öz təşəkkürünü bildirib. Bir-binindən maraqlı və rəngarəng formalarla görüşə gələn uaşqlarla Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, T.C. Bakı Böyükelçiliyinin Təhsil müşaviri Mahmut Ağrıman və Azərbaycanda müxtəlif universitetlərdə təhsil alan Türkiyəli gənclər də görüşüb. Daha sonra uşaqlar fondun nəzdində fəaliyyət göstərən kitabxananı ziyarət edib və xarici dil kurslarının tədris otaqlarını gəziblər.

Görüşün sonunda  “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun üzvləri Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə xatirə şəkilləri çəkdirib və uşaqlara fond tərəfindən xüsusi hədiyyələr təqdim edilib.