Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

‎“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir ‎Müsabiqəsinin ‎Qalibləri Mükafatlandırılıb

Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta…
Davamını oxu...

Kitablar İşıq Oldu - “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı

Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq…
Davamını oxu...

Türkiyə Maarif Vəqfinin Başqanı GYF-ni Ziyarət Edib

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün və İdarə Heyətinin üzvü Nədim Kaya…
Davamını oxu...

GYF Rəhbərliyi Dünya Türk Biznes Şurasının Bakı Toplantısında iştirak Edib

Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib. Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda…
Davamını oxu...

‎“Ürək Daşı”nın İlk İmza Günü Keçirilib‎

Fevralın 9-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən ilk kitabın – tanınmış şair-publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər kitabının “İmza günü” keçirilib.

Tədbirin aparıcısı və “ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar “İmza günü”ndə millət vəkilləri, elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, qeyri-hökumət təşkilatları təmsilçilərinin və fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.

“Ürək daşı”nın redaktoru, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr.Almaz Ülvi, kitabın önsöz müəllifi, Əli Kərim adına Poeziya Klubunun direktoru, görkəmli şair İbrahim İlyaslı, millət vəkilləri – dos.dr. Qənirə Paşayeva, prof.dr. Jalə Əliyeva, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmir, GYF-nin prezidenti Əhməd Tecim, Atatürk Mərkəzinin müdir müavini Osman Ənvəroğlu, tanınmış ədəbiyyatşünas prof.dr.Rüstəm Kamal, Xalq artisti Eldost Bayram, “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, Əkbər Qoşalının orta məktəb müəllimi Rita Novruzova, tanınmış alim dos.dr. Teymur Zeynalov “Ürək daşı” və “Ürək daşı”nın müəllifi haqqında ürək sözlərini bölüşüblər.

Çıxışlarda bidirilib ki, əslində bu gün Əkbər Qoşalının şeir hesabatı günüdür. Çıxışçılar Əkbər Qoşalının şair, publisist, türkoloq və ictimai xadim kimliyinin məziyyətləri barədə fikirlərini bölüşüb. 12 illik fasilədən sonra, 45 yaşında ikinci şeirlər kitabı ilə oxucuların görüşünə gələn müəllifin bu hərəkətini onun sözə yüksək məsuliyyətlə yanaşması, fəal ictimai çalışmaları ilə bağlayan çıxışçılar, onu ideyalı yazar olaraq xarakterizə ediblər; Altaylardan ta Balkanlara qədər tanınan bir imza sahibi olan Əkbər Qoşalının şəxsi əlaqələrini öz şeirlər kitabına deyil, yeni nəsil Azərbaycan və ümumtürk ədəbiyyatının təbliğinə, ümumən türk dünyasında ədəbi əlaqələrin güclənməsinə həsr etdiyi vurğulanıb.

Əkbər Qoşalı “İmza günü”nün iştirakçılarına təşəkkür edib, öz yeni şeirlərini oxuyub.

Gənc müğənni Coşğun Viləş, gənc aşıqlar – Əli Kəlbəcərli, Xavər Hüseyinli, Xətai Kərim və Cavanşir Ənvəroğlu “İmza günü”ndə öz musiqi töhfələri ilə çıxış edib, Əkbər Qoşalının şeirlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Sonda, müəllif “Ürək daşı”nı oxucular üçün imzalayıb.

“Ürək daşı”nın Azərbaycan Yazıçılar Birliyində, “Zirvə” Tədris Mərkəzində, habelə Tovuzda da “İmza günü”nün keçirilməsi nəzərdə tutulub.