Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, "İnsan və Real", "Qatılım İqtisadiyyatı", "Yüksəliş", "Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası" kitablarının müəllifi…
Davamını oxu...

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

Bəxtiyar Vahabzadə “Ustada sayğı gecəsi” ilə yad edildi

altAzərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçirilib.

Şairin həyat və yaradığcılığına həsr edilmiş paneldə Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim də iştirak edib.

Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimi giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açaraq, qonaqları salamlayıb, Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevildiyini, bu gün keçirilən tədbirin də bu sevgi və ehtiramın təzahürü olduğunu vurğulayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar bənzərsiz şair, dramaturq, istedadlı ədəbiyyatşünas alim, gözəl pedaqoq, böyük vətənpərvər Bəxtiyar Vahabzadənin əziz xatirəsinin türk xalqlarının qəlbində əbədi yaşayacağını vurğulayıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbbibəyli çıxışında Xalq şairinin həyat və yaradıcılığı, onu Azərbaycan və ümumtürk poeziyasındakı yeri haqqında geniş danışıb,

TİKA Bakı koordinatoru Teoman Tiryaki çıxışında bildirib ki, Bəxtiyar Vahabzadə Türkiyədə də ən az Azərbaycandakı qədər sevilir.

Çıxışlardan sonra söz məruzəçilərə verilib.

Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil” məruzəsi ilə çıxış edib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük” adlı məruzəsində deyib ki, şairin söz, sənət dünyasında türkçülük və türklük lap başdan bərqərar olub.

 “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə” məruzəsi ilə çıxış edən İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz deyib ki, onu Türkiyədə sevdirən əsas səbəblərdən biri bəlli ziyalılarımızın bir sıra həqiqətlər haqda susduğu zamanlarda susmaması, cəsarətlə öz yaradıcılığında əks etdirməsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında şairlə doğulduğu şəhərin ruh bağlılığını xüsusi vurğulayıb: "Müasir dünyamız multikultural, tolerant düşüncələrlə insanı bir məkana aid etməyin əleyhinə olsa da, düşünürəm ki, insanın doğulduğu, böyüdüyü yer onun fikirlərinə, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərir. Şəkidə təbiətlə tarix qol-boyundur. Onun həm təbiətində, həm də tarixə münasibətində bir qoruma xüsusiyyəti var sanki və bu qoruma xüsusiyyəti Bəxtiyar Vahabzadənin şəxsiyyətinə, yaradıcılığına, düşüncələrinə də təsir edib".

Məruzələrdən sonra söz qonaqlara verilib. Ufur Turqunay, Səyyad Aran, Eynulla Mədətli və başqaları çıxış edərək ölməz şair haqqında düşüncələrini bölüşüb, onu sayğı və sevgilə yad ediblər.

Sonda məruzəçilərə təşəkkürnamələr təqdim olunub. 
“Ustada sayğı gecəsi” axşam Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ədəbi-bədii proqramla davam etdirilib. Tədbir Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlayıb.


AYB-nin sədri, Xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olunub.
Gecənin bədii hissəsində Xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa ediblər.
Türkiyəli qonaqların çıxışından sonra aktyor Şamil İbrahimov “Mən Türkəm” şeirini səsləndirib.
Xalq şairi Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışının ardından tamaşaçılar “Özümüzü kəsən qılınc” əsərinə tamaşa ediblər.

alt

alt

alt

alt

alt