Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

TUDİFAK-ın dekanı Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

‎“Sabahlara Ümid Ol” Layihəsinin İcrasına Başlanıldı

Bu gün Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur.…
Davamını oxu...

Bakıda Çanaqqala Şəhidləri Yad Edildi

Çanaqqala zəfərinin 104-cü il dönümü münasibətilə Bakıda türk şəhidliyi abidəsi ziyarət olunub. Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyinin əməkadaşlarının, Türk iş adamlarının və mətbuat nümayəndələrinin olduğu ziyarətdə Gəncliyə Yardım Fondunun rəhbərliyi…
Davamını oxu...

GYF– də “Vətənpərvərlik Ruhu və Çanaqqala” Adlı Tədbir Keçirilidi. ‎

Bugün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlunun “Vətənpərvərlik ruhu və Çanaqqale” adlı…
Davamını oxu...

GYF İstedadlı Gənclərə Dəstək Olmağa Davam Edir

Fevralın 16-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) Hacı Zeynalabdin Tağıyev adına Böyük Konfrans Salonunda “ZirvəKitab” layihəsi çərçivəsində çap edilən kitabın – gənc şair Vasif Zöhraboğlunun "Natamam təklik" şeirlər kitabının “İmza günü” keçirilib.

Tədbirin aparıcısı və “ZirvəKitab” layihəsinin rəhbəri gənc şair İntiqam Yaşar “İmza günü”ndə elm, ədəbiyyat nümayəndələri, o cümlədən yeni nəsil yazarları, fəal oxucuların, müəllifin yaxın dostlarının iştirak etdiyini bildirib.

“Natamam təklik”in ön söz müəllifi AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan, redaktoru isə AYB-nin üzvü İntiqam Yaşardır. Tanınmış şair Xanım İsmayılqızı, şair-publisist Əkbər Qoşalı, gənc yazarlar Bəhruz Xəlil, Mirbağır, Aydın Arslan, Zamiq Zərdabi, Arzu Hüseyn, Arzu Murad, Mənsur Həsənzadə, Fuad Cəfərli, jurnalist Lalə Əliyeva, hüquqşünas Nicat Gözəlov və s. kitab və müəllif haqqında ürək sözlərini bölüşüblər.

Sonda, müəllif “Natamam təklik" kitabını oxucular üçün imzalayıb. Kitabın Bakı şəhərində və regionlarda, habelə “Zirvə” Tədris Mərkəzində “İmza günü”nün keçirilməsi nəzərdə tutulub.