Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, "İnsan və Real", "Qatılım İqtisadiyyatı", "Yüksəliş", "Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası" kitablarının müəllifi…
Davamını oxu...

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

GYF-də Tələbələrin Məşhurlarla Görüşü Davam Edir

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində ‎ Türkiyə Cümhuriyyəti Consullent Təhsil və Konsultasiya Mərdkəzinin direktoru, tanınmış fərdi inkişaf mütəxəssisi Ahmet Şahin Akbulutun “Özünü Kəşf Etmə və Daxili Motivasiya Texnikaları” adlı seminarı baş tutub.

Seminarda Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, TİKA Bakı Koordinatoru Teoman Tiryaki, fondun müəllim heyəti və müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak edib.

Gəncliyə Yardım Fondunun təhsil koordinatoru Rüfət Şirinov ‎tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim və  TİKA Bakı Koordinatoru Teoman Tiryaki gənclərə uğurlu gələcəyin yolları haqqında öz tövsiyələrini veriblər.

Daha sonra gənclər qarşısında çıxış edən Ahmet Şahin Akbulut seminar iştiakçılarına daxili motivasiya texnikaları haqqında geniş məlumat verib. Bir fərdin həyatda uğur qazanması üçün əvvləcə onun özünü kəşf etməsinin zəruriliyindən danışına mütəxəsis, gənclərə öz kişilik tiplərini müəyyən etmələri üçün praktiki anket uyqulayıb. Gənc tələbələr anket nəticələrinə görə özülərini daha yaxından tanıma imkanını əldə edib. Daha sonra iştirakçıları maraqladıran suallar cavablandırıılıb.

Seminarın sonunda tələbələrə sertifikatlar təqdim edilib və  qonaqla xatirə şəkli çəkilib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondunda Ahmet Şahin Akbulutun “Uğurlu Liderlik Bacarıqları” və “Səmərəli Ünsiyyət Metodları” adı altında da müxtəlif seminarları təşkil edilmişdir.