Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan…
Davamını oxu...

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, "İnsan və Real", "Qatılım İqtisadiyyatı", "Yüksəliş", "Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası" kitablarının müəllifi…
Davamını oxu...

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

YAŞILAY-ın Rəsmiləri GYF-nin Qonağı Olub

Bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Yaşılay Cəmiyyətinin  icraçı katibi Osman Baturhan Dursun Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türkiyə Yaşılay Cəmiyyətinin  icraçı katibi Osman Baturhan Dursun da öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.‎