Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF-də Gənclərə Düzgün İdarəetmə Mövzusunda Təlim Keçirilib

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində MUSİAD Azərbaycan təmsilçisi Muterem Özün “Düzgün idarəetmə, düzgün insanlıqdan başlayır” adlı seminarı keçirilib.  Seminarda Gəncliyə Yardım Fondunun müəllim heyəti, Bakı Gənlik Akademiyasının tələbələri iştirak ediblər.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.

Daha sonra Muhterem Öz seminar iştirakçılarına idarəçilik barəsində və ən yaxşı idarəçilik insan olmaqdan başlayır mövzusunda danışıb. Seminarda Muhterem Öz müsəlmanların dunya iqtisadiyyatı, dünya idarəçiliyində yerindən bəhs edib. Muhterem Öz bir idarəçi üçün insanın ən təməlində başqa insanlara qarşı ədalət, mərhəmət, xoş rəftar, səbirli və təvazökar olmaq duyğularının olması haqqında ətraflı danışıb. Hər bir fərdin davamlı oxumağı, araşdırmağı, insanlara qarşı ədalətli, səbirli olmağı, qarşındakı insanlarla empati qurub özünü onun yerinə qoyaraq həqiqi insan olmağı seminar iştirakçılarına tövsiyyə edib. İnsanları dinləyib anlamağı, anladığını isə daha yaxşı araşdırmağı deyən Muhterem Öz sonda seminar iştiarkçılarının suallarını cavablandırıb və daha sonra xatirə şəkli çəkilib.