Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Azərbaycan və Türkiyə Xanımları “Sabahlara Ümid Ol!” maq üçün əl-ələ verdi

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XVI əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim sərgiyə təşrif buyuran hər kəsə ayrı ayrılıqda təşəkkürünü bildirib. Gəncliyə Yardım Fondunun 25 illik təhsil, insani yardım və sosial fəaliyyətlərindən söz açaraq, artıq ənənə halını almış əl əməyi göz nuru olan Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan bu sərginin mahiyyətindən danışıb. Daha sonra mədəniyyətimizin təməlidə olan xeyriyyəçilik işlərindən danışaraq bu ilki xeyriyyə sərgisindən əldə olunan vəsaitin “Sabahlara Ümid Ol!” və “Kitabın İşığın Olsun”  layihələrində istifadə olunmasını vurğulayıb.

Türkiyə Cumhuruyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfirinin həyat yoldaşı Meltem Özoral keçirilən xeyriyyə fəaliyyətini yüksək qiymətləndirib və təşkilatçılara öz təşəkkürünü bildirib.

Qafqaz MÜsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı xanımların bir millət, iki dövlət düşnücəsinə verdikləri töhfədən danışıb. Gəncliyə Yardım Fondunun hər zaman xeyriyyə fəaliyyətləri ilə diqqət mərkəzində olduğundan söz açaraq bu ilki xeyriyyə sərgisinin təqdirə layiq olduğunu qeyd edib.

Şimali Kipr Türk Cumhuriyyətinin Bakı Nümayəndəsi Ufuk Turganer çıxışı zamanı bildirib ki, hər il ənənəvi olaraq təşkil olunan bu sərginin böyük bir əhəmiyyət kəsb etdiyini vurğulayıb və belə gözəl sərgi təşkil edildiyinə görə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən T.C. Bakı Böyükelçiliyi Din İşləri Müşaviri Kamil Günəş fondun təşkil etdiyi xeyriyyə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və görmə məhdudiyyətli insanları düşündükləri üçün zəhməti olan hər kəsə təşəkkür edib. Gəncliyə Yardım Fondunun rəhbərliyinə belə bir xeyriyyə sərgisini həyata keçirdiyinə  görə dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Yunus Əmrə  Bakı  Mədəniyyət ‎Mərkəzinin direktoru Doç.Dr.Cihan Özdemir sərginin mahiyyətinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və fond rəhbərliyinə təşəkkürünü bildirib.

Silahlı Qüvvələr İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli xalqımızın daima xeyriyyəçi işlərlə məşğul olduğundan söz açıb. Belə gözəl xeyriyyə fəaliyyətlərinin bir gün Qarabağ torpaqlarında keçiriləcəyinə inandığını vurğulayıb.

Qarabağ qazisi Polkovnik Xətai Baxışov çıxış edərək şəhid analarına daima başı dik qürürlu olmalarını söyləyib və şəhidliyin yüksək bir mərtəbə olduğundan danışıb.

Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 Arzunu Gerçəkləşdir”, “101 Ehtiyac Sahibi Ailəyə Yardım”   “Körpələri Sevindirək”, “Ümidsizlərin Ümidi Ol!”, “Bir Həyata Yol Ver!”, ‎“Şəhidlərimizin Övladları Bizə Əmanətdir”, “Yüz İllik Əmanət” və Qardaşlığımız Əbədidir” kimi layihələrə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.

Hər kəsi  3  gün davam edəcək xeyriyyə sərgimizə dəvət edirik.